Referans Medical Group

Daxili audit üzrə mütəxəssis

Referans Medical Group
700 ₼
1933
Tam iş günü
Bakı, Azərbaycan
20/11/2025 - 20/12/2025

İş haqqında məlumat

  • Referans Medical Group-a daxil olan xəstəxanalar, və bölmələrdə planlı audit, araşdırma və yoxlama fəaliyyətlərini müvafiq qanunvericilik, Şirkət prosedurları və İç Audit standartları çərçivəsində həyata keçirmək.
  • RMG –nin hədəf və strategiyalarına uyğun olaraq riskəsaslı illik daxili audit planı və iş proqramlarının hazırlanmasına töhfə vermək və təsdiqlənmiş plan/proqramları icra etmək.
  • Planlı audit, araşdırma və yoxlama proseslərini müvafiq qanunvericilik və daxili audit standartları çərçivəsində aparmaq.
  • Audit nəticəsində müəyyən edilən tapıntıları və təkmilləşdirmə təkliflərini hesabatlandırmaq, qəbul edilmiş tədbirlərin icrasını izləmək.
  • Dövlət qurumlarının qrup daxilində apardığı yoxlamalar zamanı qanunvericilik və daxili proseslərlə bağlı zəruri dəstəyi təmin etmək.
  • Audit hesabatları üzrə görülən tədbirləri və həyata keçirilən prosesləri monitorinq etmək, uyğunsuzluq hallarında rəhbərinə məlumat vermək.
  • Daxili audit fəaliyyəti ilə bağlı beynəlxalq yenilik və inkişafları izləmək, proseslərin peşəkar şəkildə icrasına töhfə vermək.
  • Daxili Audit şöbəsində çalışan komanda üzvlərinin peşəkar inkişafına dəstək olmaq, iş planlamasını və hesabatların qiymətləndirilməsi proseslərini idarə etmək.
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtlı-vaxtında və dəqiqliklə yerinə yetirilməsi. 

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Əmək haqqı-700 Azn

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali Təhsil (Mühasibatlıq, Audit İqtisadiyyat Hüquq) ;
  • Minimum 1 il Audit sahəsində iş təcrübəsi;
  • Microsoft Office proqramları üzrə biliklər;
  • İdarəçilik və təşkilatçılıq bacarıqları;
  • Məsuliyyətli, dəqiq və peşəkar;
  • Microsoft Office proqramlarından (Word, Excel, PowerPoint) aktiv istifadə edə bilən
  • Analitik düşünmə bacarığı;
  • Komandada işləmə bacarığı;