Azerconnect LLC

Daxili Audit üzrə mütəxəssis/ Internal Audit Specialist

Azerconnect LLC
Ə/h razılaşma ilə
1900
Tam iş günü
Bakı, Azərbaycan
06.08.2025 00:00 - 06.09.2025 00:00

İş haqqında məlumat

  • Daxili audit yanaşmasını başa düşmək və ona dair bilikləri tətbiq etmək;
  • Beynəlxalq daxili audit və mühasibat uçotu standartlarını başa düşmək və ona dair bilikləri tətbiq etmək;
  • Şirkətlərin biznes prosesləri, onların daxili nəzarət sistemi və əməliyyatları barədə anlayışları inkişaf etdirmək;
  • Verilmiş tapşırıqları və prosedurları daxili audit siyasətinə uyğun olaraq düzgün yerinə yetirmək;
  • Məqsədləri, görülmüş işi, nəticələri müvafiq qaydada sənədləşdirilən işçi sənədləri hazırlamaq və tələb olunan vaxtda yoxlanış üçün təqdim etmək;
  • Yoxlanılan sahədə tapılan bütün audit nöqsanlarını müvafiq rəhbərin nəzərinə çatdırmaq və tövsiyələr təklif etmək;
  • Müxtəlif layihə ilə bağlı məsələlərdə müvafiq rəhbərə kömək etmək;
  • Şirkətin heyəti və daxili audit komandası ilə lazımi ünsiyyəti saxlamaq;
  • Davamlı olaraq texniki bacarıq və bilikləri peşəkar kvalifikasiyalar əldə edərək, təlimlərdə iştirak edərək, özünü oyrətmə və şöbənin təcrübəli üzvlərindən kömək istiyərək inkişaf etdirmək;
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək;
  • Verilmiş tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək;
  • Şirkətə aid məlumatların məxfiliyini təmin etmək;
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.

Biz nə təklif edirik? 

  • Rəqabətli kompensasiya;
  • Performans əsasında həvəsləndirici və bonuslar;
  • Əlavə imtiyazlar;
  • Performansa əsaslanan mədəniyyət;
  • Müxtəlif təhsil və inkişaf imkanları;
  • Karyera inkişaf imkanı;
  • Hibrid iş imkanı;
  • Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;
  • Innovativ məhsullar və rəqəmsallaşma;
  • Beynəlxalq təcrübə;
  • Yüksək bacarığa malik peşəkar komanda;
  • Kross-funksional əməkdaşlıq;
  • Təcrübə mübadiləsi.

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Biz bərabərliyə hörmət edən, fərqlərə dəyər verən, inklüzivliyi qiymətləndirən və aidiyyatı dəyərləndirən iş yeri mədəniyyətini inkişaf etdirməyə sadiqik.

Tələblər

  • İqtisadiyyat, mühasibat və ya maliyyə sahəsi üzrə ali təhsil;
  • Daxili audit, maliyyə auditi və ya əlaqəli sahələr üzrə ən azı 1-2 illik iş təcrübəsi;
  • Microsoft Office proqramlarının peşəkar istifadə bacarığı;
  • Sərbəst Azərbaycan və İngilis dili biliyi, Rus dili üstünlükdür;
  • Şirkətin biznes prosesləri ilə bağlı ilkin bilik və anlayışlara malik olmaq;
  • Daxili audit prosesi və tətbiqi ilə bağlı ilkin anlayışlara malik olmaq;
  • Daxili nəzarət sistemi, test və qiymətləndirmə prosedurları barədə ilkin anlayışlara malik olmaq;
  • Müstəqilliyin qorunması bacarığı;
  • Müşahidə etmək və problemi sürətli həll etmə bacarığı.


Oxşar vakansiyalar