Melissa Group

Daxili audit və təftiş üzrə menecer

Melissa Group
3500 - 4000 ₼
520
Tam iş günü
Bakı, Azərbaycan
02/03/2026 - 16/03/2026

İş haqqında məlumat

  • Risk əsaslı daxili nəzarətin təşkili və risk əsaslı yoxlamaların həyata keçirilməsini təmin etmək;
  • Daxili nəzarət və təftiş funksiyasının icrası üçün müxtəlif analitik və operativ təhlil, təftiş, yoxlama proseslərinin planlanmasında və icrasında iştirak etmək;
  • Sifariş verilən mallarla, təhvil verilən malların uyğunluğunu nəzarətdə saxlamaq;
  • Həftəlik və aylıq satış hesabatı üzrə Firmalarla üzləşmə Aktları tərtib etmək hər iki tərəfə imzalatmaq;
  • Maliyyə hesabatlarının düzgünlüyünü, vergi, mühasibat uçotu və digər normativ-hüquqi aktlara uyğun aparıldığını yoxlamaq;
  • Maliyyə və uyğunluq auditlərinin vaxtında həyata keçirilməsini təmin etmək üçün audit prosesini aktiv şəkildə idarə edilməsi;
  • Maliyyə və material risklərinin aşkarlanması və qabaqlayıcı tədbirlərin görülməsi;
  • Gündəlik olaraq ödənilən vəsaitin təyinatını araşdirib həqiqiliyini yoxlamaq;
  • Borcla bağlı uyğunsuzluqları təsbit etmək, nəticəsini aktlaşdırıb Firma Rəhbərliyinə təqdim etmək;
  • Müəssisənin bölmələrində sayım, üzləşmə, yoxlama və inventarizasiya aparılmasını təşkil edir; 
  • Əməkdaşlıq edilən şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması;
  • Şirkətin anbarları arasında mal hərəkətinin 1C proqramında baxılması və əməliyyatların düzgünlüyünə nəzarət edilməsi;
  • Anbarlar üzrə mal qalıqlarının təhlili və uyğunlaşdırılması;
  • İllik Təftiş planının tərtibi və plana uyğun təftiş prosedurlarını həyata keçirmək.

İş şəraiti

  • İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
  • Əməkhaqqı: 3500-4000 AZN
  • İş yeri: “Melissa Group” (Baş ofis)

Tələblər

  • li təhsil (maliyyə, audit, mühasibatlıq, iqtisadiyyat və ya mühəndislik sahələri üzrə);
  • Minimum 3 il audit və ya təftiş sahəsində rəhbər vəzifədə iş təcrübəsi (tikinti sahəsində təcrübəyə üstünlük verilir) mütləqdir;
  • Maliyyə və tikinti sənədləri ilə işləmək bacarığı;
  • Qanunvericilik və audit standartları haqqında biliklər;
  • Yüksək analitik düşünmə və təhlil bacarığı;
  • MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı;
  • 1 C proqramında sərbəst işləmə bacarığı;
  • Müstəqil işləmək və hesabat vermək bacarığı;
  • Komandada işləmək və strukturla effektiv ünsiyyət bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.