Sahil Transport MMC

Daxili logistika üzrə satış meneceri

Sahil Transport MMC
2000 ₼
2435
Tam iş günü
Bakı, Azərbaycan
29.07.2025 03:30 - 29.08.2025 12:00

İş haqqında məlumat

  • Şirkətin xidmətlərinin satışını təmin etmək;
  • Bazarın aktual qiymət siyasətini təhlil etmək;
  • Cari və perspektivli müştərilərlə güclü əlaqələri daim inkişaf etdirmək;
  • Cari və perspektivli müştərilər üçün təkliflər təqdim etmək;
  • Logistika menecerləri ilə sıx əməkdaşlıq etmək;
  • Müştərilərdən daxili yük daşıma üzrə daxil olan müraciətləri cavablandırmaq;
  • Daşıma təklifi üzrə yük sahibinin suallarını cavablandırmaq, razılaşmanı təmin etmək;
  • Dövrü olaraq yük daşıması xidmətlərindən faydalanan müştəri bazasını, hərəkət marşurutlarını və daşımanın gəlirliyini qiymətləndirmək, optimallaşdırma imkanlarını müəyyən etmək;
  • Potensial və mövcud müştərilərin yük hərəkətini təhlil etmək, daşıma xidməti üzrə təkliflərlə müştəriyə çıxmaq;
  • Müştəri performansı üzrə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
  • İş günü: Bazar ertəsi-Cümə;
  • İş saatları: 09:00-18:00;
  • Əmək haqqı: 2000 NET əmək haqqı + bonus.

Əlaqə: 

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Daxili  logistika üzrə satış meneceri” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Daxili yük daşıma sahəsində 3 illik iş təcrübəsi;
  • Hazır müştəri bazası üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan, Rus əla səviyyədə bilməli ( İngilis dili arzuolunandır);
  • Komputer bilikləri: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli.

Peşəkarlıq tələbləri:

  • Dəqiqlik və məhsullarla düzgün işləmə bacarığı;
  • Müştərini dinləmək və inandırmaq bacarığı;
  • Təqdimat bacarığı.


Oxşar vakansiyalar