Sea Breeze Resort & Residences

Daxili MEP üzrə Texniki Nəzarətçi Mütəxəssis

Sea Breeze Resort & Residences
Ə/h razılaşma ilə
1195
Tam iş günü
Bakı, Azərbaycan
20.10.2025 12:56 - 20.11.2025 12:00

İş haqqında məlumat

  • Binaların daxili MEP sistemlərinin (HVAC, elektrik, zəif cərəyan, santexnika, yanğınsöndürmə) montaj işlərinə texniki nəzarətin həyata keçirilməsi;
  • Layihə üzrə texniki tələblərə və mövcud normativ sənədlərə uyğunluğun təmin olunmasına nəzarət edilməsi;
  • Sahədə yerinə yetirilən işlərin keyfiyyətinə, icra ardıcıllığına və texniki təhlükəsizlik qaydalarına riayət olunmasının yoxlanılması;
  • İcraedici (as-built) sənədlərin yoxlanılması və qəbul aktlarının hazırlanması;
  • Aşkar olunmuş uyğunsuzluqlar barədə texniki hesabatların və təkliflərin hazırlanması.

Şirkət tərəfindən təklif olunur:

  • Rəqabətədavamlı əmək haqqı (müsahibə nəticəsinə əsasən müəyyən olunur);
  • Peşəkar mühəndislik mühitində işləmək imkanı;
  • Şirkət tərəfindən nahar və nəqliyyat xidməti ilə təminat;
  • Könüllü tibbi sığorta paketi;
  • Uzunmüddətli əməkdaşlıq və karyera inkişafı perspektivi.

Müraciət qaydası:

  • Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini e-mailin mövzu hissəsində “Daxili MEP üzrə Texniki Nəzarətçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Tələblər

  • Elektrik, mexanika və ya santexnika mühəndisliyi üzrə ali texniki təhsil;
  • Tikinti və MEP sistemləri sahəsində minimum 3 il iş təcrübəsi;
  • MEP layihə sənədlərini oxumaq və tətbiq etmək bacarığı;
  • AutoCAD və Microsoft Office proqramları ilə sərbəst işləmək bacarığı;
  • Komandada işləmək, analitik düşüncə qabiliyyəti və yüksək məsuliyyət hissi;
  • Texniki hesabatların tərtibi üzrə praktik bacarıqlar.