Daşkəsən Dəmir Filiz MMC

Daxili nəzarət şöbəsinin mütəxəssisi

Daşkəsən Dəmir Filiz MMC
Ə/h razılaşma ilə
244
Tam iş günü
Bakı, Azərbaycan
26/05/2026 - 09/06/2026

İş haqqında məlumat

  • Cəmiyyətdaxili siyasət, qayda, prosedur və təlimatlara uyğunluğu qiymətləndirmək üçün keçirilən monitorinqlərdə iştirak etmək.
  • Biznes proseslər və funksiyalar üzrə toplanmış məlumatların ilkin strukturlaşdırılmasını və təhlilini həyata keçirmək.
  • Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və dövri olaraq yenilənməsi məqsədilə məlumat bazasının idarə edilməsinə dəstək göstərmək.
  • Daxili və xidməti araşdırmaların aparılması üçün zəruri olan sənədlərin toplanmasını və ilkin baxışını təmin etmək.
  • Araşdırma, təhlil və monitorinq nəticəsində aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və tövsiyələrin icra vəziyyətini izləmək (follow-up).
  • Cəmiyyətdə korrupsiya və korporativ saxtakarlığa qarşı yönəlmiş mexanizmlərin, habelə konfidensial məlumat ötürmə kanallarının texniki işləkliyinin qorunmasına dəstək vermək.

İş şəraiti: 

  • İş yeri: Bakı şəhəri, Dalğa plaza
  • Ezamiyyə imkanları (zəruri hallarda)
  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə) 

İş vaxtı: Seçimə əsasən (08:00-17:00; 09:00-18:00; 10:00-19:00)

Tələblər

  • Ali təhsil (Hüquq, maliyyə, audit, biznesin idarəedilməsi ixtisasları üzrə); 
  • Minimum 2 il iş təcrübəsi (daxili nəzarət,audit,risklərin idarəedilməsi istiqamətləri üzrə);
  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
  • Yüksək səviyyədə Azərbaycan dili və İngilis dili bilikləri (rus dili biliyinin olması arzuolunandır); 
  • Microsoft Office proqram təminatından yüksək səviyyədə istifadə bacarığı;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.