Bakı,
Azərbaycan
06/02/2026
-
20/02/2026
İş haqqında məlumat
- Şirkətin biznes prosesləri üzrə daxili nəzarət mexanizmlərinin layihələndirilməsi, tətbiqi və fasiləsiz monitorinqi
- Risk və Nəzarət Matrisinin (RACM) hazırlanması, risk əsaslı yanaşma ilə potensial boşluqların aşkarlanması
- Mövcud nəzarət prosedurlarının effektivliyinin müntəzəm qiymətləndirilməsi və optimallaşdırma təkliflərinin irəli sürülməsi
- Nəzarət testlərinin keyfiyyətli icra edilməsi, nəticələrin ətraflı sənədləşdirilməsi və izlənməsi
- Təşkilat daxilində nəzarət mədəniyyətinin inkişafına töhfə vermək, struktur bölmələrlə sıx əməkdaşlıq
- Üst rəhbərlik üçün risk və nəzarət mənzərəsini əks etdirən analitik hesabatların mütəmadi hazırlanması
Tələblər
- Daxili nəzarət, risk menecmenti və ya daxili audit sahəsində minimum 2-3 il praktiki iş təcrübəsi
- #COSO Internal #Control hashtag#Framework və COSO #ERM metodologiyaları üzrə əsaslı nəzəri və praktiki bilik
- Biznes proseslərinin, risklərin və nəzarət tədbirlərinin peşəkar təhlili bacarığı
- Güclü analitik təfəkkür, detallar üzərində diqqətli işləmə və problemlərin proaktiv həlli qabiliyyəti
- Aydın, strukturlaşdırılmış hesabatların hazırlanması və müxtəlif auditoriya qarşısında təqdimat bacarığı
- Azərbaycan dilində səlis ünsiyyət bacarığı (yazılı və şifahi), ingilis dili bilikləri əlavə üstünlükdür
- Komanda işində effektiv ünsiyyət qabiliyyəti və konfidensial məlumatlarla məsuliyyətli işləmə təcrübəsi
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.