Tamstore

Daxili Nəzarət üzrə monitorinq mütəxəssisi

Tamstore
Ə/h razılaşma ilə
2532
Tam iş günü
Bakı, Azərbaycan
22.09.2025 04:47 - 22.10.2025 12:00

İş haqqında məlumat

  • Plan üzrə bölünmüş ərazilərdə yerləşən mağazaları kamera müşahidəsi və digər mümkün vasitələrlə ilə iş fəaliyyətinin təşkilini və icra prosesinin yoxlamaq;
  • Mağaza əməkdaşları tərəfindən törədilən hər hansı uyğunsuzluq halların aşkar etmək, qeydiyyatın aparmaqla birbaşa rəhbərinə məlumat vermək;
  • Aşkar edilmiş uyğunsuzluq halları üzrə mağaza müdiriyyəti və ya digər maddi məsul şəxslərdən zəruri məlumatları soruşmaq və uyğunsuzluq etmiş əməkdaşla ilkin görüş keçirmək;
  • Daxili inkassasiya prosesini kamera vasitəsi ilə müşahidə etmək, zərurət yarandıqda birbaşa rəhbərinə məlumat verməklə prosesdə iştirak etmək;
  • Mağazalarda təlimata və tələblərə uyğun mühafizənin təşkil edilməsini yoxlamaq, kamera avadanlıqlarının işləkliyi, DVR-ların yaddaş saxlama müddəti və ümumi sayına nəzarət edilməsi, kor nöqtələrin müəyyən edilməsi  üzrə yoxlama prosesini aparmaq;
  • Təhlükəsizlik əməkdaşlarının iş fəaliyyətinin və onlara məxsus qeydiyyat jurnallarının yoxlanmasını aparmaq;
  • Mağazaların siqnalizasiya sistemi ilə təmin olunması və vəziyyəti barədə yoxlama prosesini həyata keçirmək;
  • Mağazaların satış və qeyri satış sahələrində sanitar,gigyenik və SƏTƏM qaydalarının əməl edilməsi prosesini araşdırmasını həyata keçirmək;
  • Mağazada təsərrüfat xərcləri və kassa-seyf sayımların həyata keçirmək, maddi məsul şəxsin iştirakı ilə nəticələri aktlaşdırmaq və kənarlaşma aşkar edildiyi anda araşdırma mütəxəssislərinə məlumat vermək;
  • Birbaşa rəhbəri tərəfindən müəyyən edilən monitorinq yoxlama siyahısı (çeklist) üzrə müvafiq yoxlamaları aparmaq (müvafiq elektron cihazlar və ya digər vasitələrlə), maddi məsul şəxsləri nəticələrlə tanış etməklə aktlaşdırmaq;
  • Mağazalarda şifrə siyasətinə uyğun olaraq səlahiyyət kodundan istifadə qaydalarının yoxlanması, komputer və proqram təminatı üzrə istifadəçi parollarının məxfiliyinin qorunmasını araşdırmaq və kənarlaşma olduğu təqdirdə aidiyyatı tədbirlərin görülməsi üzrə araşdırma mütəxəssislərinə məlumat vermək;
  • Həyata keçirilmiş kassa əməliyyatların düzgünlüyünü və hər hansı sui-istifadə hallarının olub-olmaması üzrə kamera vasitəsilə yoxlama prosesini aparmaq;
  • Mal qəbulunun prosedur qaydalarına uyğun şəkildə həyata keçirilməsini (mal qəbulu zamanı qutuların açılaraq iç sayının yoxlanılması, son istifadə tarixinin nəzərdən keçirilməsi, çəki mallarının tərəzidə çəkilərək qəbul edilməsi) araşdırmaq;
  • Mağazada prosedura uyğun olaraq məhv və qaytarma prosesinin həyata keçirilməsini yoxlamaq;
  • Görülən işlərlə bağlı həftəlik,aylıq hesabatlar hazırlamaq və birbaşa rəhbərinə təqdim etmək;
  • İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Daxili Nəzarət üzrə monitorinq mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel);
  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Ərazi üzrə fəaliyyət zamanı operativ davranma bacarığı;
  • Nəqliyyat vasitəsinin olması;
  • Kamera sistemləri üzrə biliklərin olması.

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Ali təhsil (müvafiq ixtisas üzrə) olması üstünlükdür;
  • Təcrübə ən azı 1 il (müvafiq sahə üzrə)olması üstünlükdür.


Oxşar vakansiyalar