hrin.az
Reklam
Avrora Qrup

Daxili nəzarət üzrə Şöbə rəhbəri

Avrora Qrup

Əmək haqqı: Razılaşma

43610 noyabr 2026
Təcrübə3-5 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriProfessional
TəhsilÜmumi-orta
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

Əsas vəzifə öhdəlikləri:

  • Şöbənin illik daxili nəzarət və yoxlama planının hazırlanmasına və icrasına rəhbərlik etmək;
  • Risklərin dəyərləndirilməsi və prioritetləşdirilməsi əsasında nəzarət strategiyasını formalaşdırmaq;
  • Uyğunsuzluqların yaranma səbəblərini araşdırmaq və tənzimləyici tədbirlərin icrasını təmin etmək;
  • Daxili nəzarət yoxlamalarını təşkil etmək, icrasına nəzarət etmək və hesabatlıq prosesi idarə etmək;
  • Şirkət siyasətləri, prosedurlar və standartlara uyğunluğun qiymətləndirilməsini təmin etmək;
  • Aktivlərin qorunması, sayımların təşkili və inventar proseslərinə nəzarət etmək.
  • Struktur bölmələrdə aşkar edilmiş uyğunsuzluqlar üzrə təkmilləşdirici təkliflər hazırlamaq və icrasını izləmək;
  • Şöbə əməkdaşlarının fəaliyyətinə rəhbərlik etmək, iş yükünü bölüşdürmək və intizamın təmin olunmasına nəzarət etmək;
  • Daxili nəzarət nəticələrinə dair analitik hesabatlar və rəy hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Konfidensiallıq, obyektivlik və etik davranış prinsiplərinə riayət olunmasına nəzarət etmək;
  • Şirkətdaxili komissiyalarda, işçi qruplarda şöbəni təmsil etmək və nəzarət mühitinin inkişafına töhfə vermək;
  • Büdcə və şöbə xərclərinin idarə edilməsinə nəzarət etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Komanda idarəetmə bacarığı;
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
  • Hesabatlılıq və proses idarəçiliyi bacarığı;
  • Daxili nəzarət sistemləri, nəzarət nöqtələri və risk yönümlü nəzarət metodologiyası üzrə dərin bilik;
  • ERP sistemləri ilə işləmə bacarığı (SAP və s.) – üstünlükdür;
  • MS Office proqramlarında yüksək səviyyə, xüsusilə Excel-də analitik hesabat hazırlama bacarığı;
  • FMCG, retail, istehsalat və ya logistika sahəsində iş təcrübəsi üstünlük sayılır.

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya əlaqədar sahə);
  • Daxili nəzarət, risk və ya inventarizasiya sahəsində minimum 3–5 il iş təcrübəsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş yeri: Aşıq Molla Cümə 46 c

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.
Reklam