

Daxili Nəzarət və Risklərin İdarəedilməsi üzrə Mütəxəssis
Blue Planet Distribution
Ə/h razılaşma ilə
1050
Tam iş günü
Bakı,
Azərbaycan
02.06.2025 09:27
-
02.07.2025 12:00
İş haqqında məlumat
- Risklərin İdarə Edilməsi Siyasət və Prosedurlarının həyata keçirilməsinə dəstək vermək;
- Risklərin müəyyən edilməsi, təsir edən əsas səbəb və amillərinin təhlili əsasında risk siyasətinin formalaşdırılması üzrə təkliflər vermək, müxtəlif risk və tənzimləyici Nəzarət Siyasəti və Prosedurlarına riayət olunmasına nəzarət etmək;
- Tərtib edilmiş aylıq plan və üst rəhbərlərin göstərişlərinə əsasən, struktur bölmələrdə iş fəaliyyətini özündə əks etdirən proses və qaydaların izlənilməsini, epizodik yoxlama və araşdırmalar aparılmasını, xidməti təqdimatların göndərilməsini həyata keçirmək;
- Struktur bölmələrdə risklərin dəyərləndirilməsi üçün bütün maliyyə əməliyyat və proseslərinin yoxlanışını həyata keçirmək;
- Dəyərləndirmə apardığı strukturlarda yoxlama nəticələrinə, müəyyən edilmiş risklərə və aşkarlanan proses boşluqlarına dair aidiyyəti şəxslərə dəyişiklik və əlavələrlə bağlı təkliflər irəli sürmək;
- Əməliyyatların davamlı monitorinqini aparmaq, risklərin baş vermə ehtimalını təhlil etmək və proseslər, risklər və nəzarətin təkmilləşdirilməsi üçün təkliflər təqdim etmək;
- Əsasnamə ilə nəzərdə tutulmuş səlahiyyətlər çərçivəsində nəzarət və yoxlama tədbirlərinin həyata keçirilməsi üçün lazımi şərait yaratmaq və bu tədbirləri vaxtında başa çatdırmaq;
- Şirkət strukturlarının iş prosesini tənzimləyən prosedur/qayda/təlimatların incələnməsini, risklərin qiymətləndirilməsi və boşluqlar üzrə tövsiyələrin verilməsini həyata keçirmək;
- Yenilənmiş prosedurlar üzrə iş prosesinin uyğunluğunun yoxlanılması və iş icraatının monitorinqini həyata keçirmək;
- Biznes prosesləri,riskləri SWOT analizlər metodu ilə araşdırmaq və beynəlxalq təcrübə üzrə uyğunlaşdırmaq;
- Hər bir struktur üzrə icra edilən iş axışının təsdiqlənmiş binzes proseslə əhatə edilmə vəziyyətinin statistik təhlilini həyata keçirmək;
- Görülən işlərlə bağlı həftəlik, aylıq hesabatlar hazırlamaq və birbaşa rəhbərinə təqdim etmək;
- İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək;
- İş saatları: 09:00 – 18:00, Bazar ertəsi – Cümə;
- Əməkhaqqı: Təcrübə və müsahibə nəticələrinə əsasən ;
- Karyera yüksəlişi imkanları;
- Peşəkar və inkişaf yönümlü iş mühiti;
- KPI bonusları;
- Könüllü tibbi sığorta;
- Korporativ mobil xətt;
- İşçi endirimləri;
- Partnyor endirimləri (restoranlar, təhsil, səyahət və s.).
Tələblər
- Ali təhsil: Maliyyə, Mühasibatlıq, Audit, İqtisadiyyat, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə bakalavr (magistr dərəcəsi üstünlükdür);
Beynəlxalq sertifikatlar (ACCA, CIA, CRMA, CISA və s.) üstünlük hesab olunur. - Daxili nəzarət, risklərin idarəedilməsi və ya daxili audit sahəsində ən azı 3-5 il müvafiq iş təcrübəsi;
Pərakəndə satış (xüsusilə lüks və sport seqmentləri) və ya FMCG sahəsində təcrübə üstünlükdür. - Risklərin idarəedilməsi və daxili nəzarət üzrə beynəlxalq standartlar (məsələn, COSO, ISO 31000) haqqında biliklər;
Proseslərin xəritələndirilməsi, risk analizi və nəzarət mexanizmlərinin qurulması bacarığı;
Prosedurların və siyasətlərin hazırlanması, audit yoxlamalarının təşkili və hesabatlandırma sahəsində təcrübə;
Pərakəndə satış əməliyyatlarında risklərə fokuslu yanaşma (anbar, kassalar, satış nöqtələri və s.). - MS Office proqramları üzrə yüksək bilik (xüsusilə Excel, PowerPoint və Visio);
ERP və POS sistemləri üzrə işləmə bacarıqları
Analitik düşüncə və məlumatlarla işləmək bacarığı; Power BI və ya digər analitik alətlər üzrə təcrübə üstünlükdür. - Yüksək təşkilatçılıq və vaxtın idarə olunması bacarığı;
Müxtəlif funksional komandalarla əməkdaşlıq və əlaqə yaratmaq bacarığı;
Güclü yazılı və şifahi kommunikasiya bacarıqları (Azərbaycan dilində sərbəst, İngilis dilində orta və ya yüksək səviyyədə bilik).