Baku Electronics

Daxili nəzarət və təftiş üzrə kiçik mütəxəssis

Baku Electronics
Ə/h razılaşma ilə
3179
Tam iş günü
Bakı, Azərbaycan
18/02/2026 - 04/03/2026

İş haqqında məlumat

  • Mağazalarda və Mərkəzi anbarda mövcud olan mal qalığının, eləcə də xəzinələrdə olan qiymətlilərin (nağd pul vəsaiti, hədiyyə kartları və s.) sayımının aparılması;
  • ERP sistemindən hesabatların əldə edilməsi və faktiki nəticələrlə müqayisəsinin həyata keçirilməsi;
  • Mağaza və Mərkəzi anbarda mövcud malların satışa yararlılıq vəziyyətinin müəyyən olunması üçün texniki baxışların keçirilməsi;
  • Xüsusi meyarlar əsasında mağazalarda müşahidələrin aparılması, işçi heyətinə sualların verilməsi və fəaliyyətin qiymətləndirilməsi;
  • Servis tərəfindən satışa yararsız hesab edilən malların məhv edilməsi prosesində iştirak və aktlaşdırılmanın təmin olunması;
  • Audit nəticələrinə əsasən təqdim edilmiş tövsiyələrin icra vəziyyətinin monitorinqi;
  • Görülmüş işlər üzrə ilkin hesabat məlumatlarının hazırlanması və rəhbərliyə təqdim olunması, təqdim edilən məlumatlarla bağlı sualların cavablandırılması;

Tələblər

  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı;
  • Analitik düşünmə və təqdimat bacarığı;
  • Operativ və düzgün qərarvermə bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.