hrin.az
Reklam
North West Construction

Daxili təmir-tamamlama işləri üzrə sahə Mühəndisi

North West Construction

Əmək haqqı: Razılaşma

22324 noyabr 2026
Təcrübə5-10 il
İş qrafikiTam iş günü
ŞəhərAğdərə
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliOrta

İş haqqında

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Daxili təmir və tamamlama işlərinin gedişatına nəzarətin həyata keçirilməsi;

  • Layihə tələblərinə uyğun olaraq iş prosesinin və mərhələlərinin planlaşdırılması;

  • Podratçıların və işçi heyətinin fəaliyyətinin əlaqələndirilməsi və iş bölgüsünün təşkili;

  • Müəyyən edilmiş keyfiyyət meyarlarına əməl olunmasının təmin edilməsi;

  • İcra olunan işlərin keyfiyyətinin və texniki normalara uyğunluğunun yoxlanılması;

  • Texniki sənədlərin (aktlar, hesabatlar və s.) tərtibində iştirak edilməsi;

  • Layihə üzrə dəyişikliklər yarandıqda çevik qərarların qəbul edilməsi və müvafiq tədbirlərin görülməsi;

  • Tikinti materiallarından təyinatına uyğun istifadəyə və sahədaxili resursların idarə edilməsinə nəzarət;

  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasının təmin edilməsi;

  • Görülən işlərin gedişatı barədə rəhbərliyə mütəmadi məlumat və hesabatların təqdim edilməsi.

Tələblər:

  • Müvafiq istiqamət üzrə ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli ixtisas);

  • Tikinti sahəsində minimum 5 il peşəkar iş təcrübəsi;

  • Tikinti prosesləri, üsulları və texniki iş prinsipləri barədə ətraflı biliklər;

  • Layihə sənədlərini, çertyojları və texniki planları oxumaq və təhlil etmək bacarığı;

  • İşlərin planlaşdırılması və təşkil edilməsi üzrə səriştə;

  • Azərbaycan dilini sərbəst bilmək, ingilis dili biliyi üstünlükdür;

  • MS Office proqramlarından istifadə bacarığı (AutoCAD bilikləri üstünlükdür);

  • Komanda ilə işləmək və işgüzar ünsiyyət qurmaq bacarığı;

  • Yüksək məsuliyyət, operativlik və nəticə əldə etməyə yönümlü olmaq.

Reklam