Baku Steel Company CJSC

Dayanıqlılıq və ESG üzrə mütəxəssis / Aparıcı mütəxəssis

Baku Steel Company CJSC
Ə/h razılaşma ilə
130
Tam iş günü
Bakı, Azərbaycan
16/10/2026 - 30/10/2026

İş haqqında məlumat

Bu vəzifə dayanıqlılıq hesabatlılığı, CBAM və EPD layihələri üzrə məlumatların toplanması, sistemləşdirilməsi, ilkin təhlili və aidiyyəti struktur bölmələrlə koordinasiyanı əhatə edir.

Vəzifə öhdəlikləri

  • Sustainability və ESG hesabatları üçün ekoloji, sosial və korporativ idarəetmə göstəricilərinin toplanması və sistemləşdirilməsi;
  • Məlumatların düzgünlüyünün, tamlığının və təsdiqedici sənədlərə uyğunluğunun ilkin yoxlanılması;
  • CBAM üzrə istehsal, xammal, enerji sərfiyyatı və karbon emissiyalarına dair məlumatların toplanması və hesabat şablonlarına daxil edilməsi;
  • EPD və LCA layihələri üzrə material, enerji, su, tullantı və istehsal proseslərinə aid məlumatların hazırlanması;
  • İlkin hesablamaların, analitik cədvəllərin və hesabat materiallarının hazırlanmasına dəstək göstərilməsi;
  • Xarici məsləhətçilər və daxili struktur bölmələrlə məlumat mübadiləsinin və iş proseslərinin əlaqələndirilməsi;
  • Layihə tapşırıqlarının, son tarixlərin və sənəd dövriyyəsinin izlənilməsi;
  • Rəhbərlik üçün hesabatların, təqdimatların və qısa status məlumatlarının hazırlanması.

Tələblər

  • Ətraf mühit, mühəndislik, iqtisadiyyat, maliyyə, statistika, biznesin idarə olunması və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • Sustainability və ESG istiqamətində baza nəzəri və praktiki biliklər;
  • Məlumatların toplanması, sistemləşdirilməsi və təhlili üzrə iş təcrübəsi;
  • MS Excel proqramında sərbəst işləmək, əsas düsturlardan və məlumatların təhlili alətlərindən istifadə bacarığı;
  • Azərbaycan və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı.
  • Analitik düşüncə, rəqəmlərlə işləmək və detallara diqqət bacarığı;
  • Müxtəlif struktur bölmələrlə effektiv əməkdaşlıq və iş proseslərini koordinasiya etmək bacarığı.

Üstünlük hesab olunur

  • CBAM, EPD, LCA, GRI və istixana qazı emissiyalarının hesablanması üzrə ilkin biliklər;
  • İstehsalat, enerji sərfiyyatı, ətraf mühit göstəriciləri və ya əməliyyat məlumatları ilə işləmək təcrübəsi;
  • Excel-də Pivot Table və məlumatların yoxlanması alətlərindən istifadə bacarığı;
  • Sustainability, ESG və əlaqəli istiqamətlər üzrə təlimlərdə, sertifikat proqramlarında və ya layihələrdə iştirak.