Bakı,
Azərbaycan
13.06.2025 10:23
-
13.07.2025 12:00
İş haqqında məlumat
- Otelin bütün Şöbələrinin kredit və toplama proses və təlimatlarının mövcud qaydalarına müvafiq şəkildə çalışmasına görə məsul olmaq;
- Qonaqlardan və ya kredit şirkətlərindən gələn bütün tələblərin tez bir zamanda (mümkünsə, həmin gün) və peşəkar bir şəkildə həyata keçirilməsini təmin etmək;
- Hesabların ödənilməsi ilə bağlı araşdırmalar aparmaq və kredit əməliyyatlarının aparılmasında birbaşa rəhbərə köməklik etmək;
- 30 gündən yuxarı olan hesabları birbaşa rəhbərlə birgə nəzarətdən keçirmək və belə hesablar üçün şirkətin toplama proseduralrını həyata keçirmək;
- Otelə son 30 (otuz) gündən 60 (altmış) günə qədərki müddətdə daxil olmuş bütün qrupları və yerli ictimai iaşə xidmətlərinin hesabatlarını hazırlanması prosesinə köməklik göstərmək;
- Daxili hesabları yoxlamaq və hər şeyin otelin prosedurlarına müvafiq şəkildə olmasından əmin olmaq; ehtiyac olduqda, bu hesabların toplanma prosesində köməklik göstərmək;
- Kredit və debit fəaliyyəti ilə əlaqəsi olan bütün yerli və korporativ proses və təlimatlara riayət etmək;
- Təlimatlara riayət edərək, cari və vaxtı ötmüş hesabların sürətli və dəqiq şəkildə müştəri tərəfindən ödənişini təmin etmək;
- Vaxtı keçmiş və toplanmamış hesbların qaydasına salınması ilə bağlı gündəlik qeydiyyat işləri aparmaq;
- Qonaqlar ilə bağlı Mühasibat Kitabının Balans Hesabatlarına gündəlik şəkildə nəzarət etmək və hər hansısa çatışmamazlıqlar olduğu təqdirdə öz birbaşa rəhbərinin diqqətinə çatdırmaq;
- Gündəlik kredit kart ödənişlərini izləmək. Kredit kart bank hesablarını Otelin sistemi ilə yoxlamaq;
- Banka daxil olan ödənişlərin vaxtında mühasibat kitabında əks olunmasını təmin etmək;
- Elektron faktura və qaimələrin yazılmasında iştirak etmək;
- Müştərilərin kart hesablarına geri qaytarma ilə bağlı prosedurları həyata keçirmək;
- Kredit kart ödəmələri barədə ay sonunda hesabat və üzləşmələr hazırlamaq.
Tələblər
- Mühasibat və mailiyyə sahəsində ali təhsil;
- Mühasibat sahəsində təcrübəsi olmaq;
- Azərbaycan,İngilis səlis,Rus dili arzuolunandır;
- Kompyüter bilikləri: Excel, Word;
- Mükəmməl ünsiyyət qabiliyyəti olmaq, ətrafdakılarla münasibət qurmağı bacarmaq;
- Məlumatların təhlili və hesabatların yazılması üzrə biliklər.