Araş firması

Debitor üzrə analitik

Araş firması
Ə/h razılaşma ilə
1404
Tam iş günü
Bakı, Azərbaycan
17.06.2025 17:32 - 17.07.2025 12:00

İş haqqında məlumat

  • Debitor borcların mütəmadi izlənməsi və həftəlik borclanma barədə mail üzərindən məlumatlandırma və borcların köhnəlmə hesabatının hazırlanması;
  • Aylıq satış hesabatların tərtib edilib, rentabelli olmayan satışlar barədə (bu vəya digər məqamlar ilə əlaqəli) raportların hazırlanıb rəhbərliyə təqdim edilməsi;
  • Gecikmiş borclar barədə nə kimi tədbirlərin görüləcəyinin təklif edilməsi və ya konkret addımların atılması;
  • Reallaşmış satışların elektron-qaimələrinin tərtib olunmasına nəzarət;
  • Görüləcək işlərin təyin edilmiş “deadline”-lardan gec olmayaraq rəhbərliyə təhvil verilməsi və qarşılıqlı “deadline”-ların təyin edilməsi (komanda daxili);
  • Müqavilə üzrə çatışmayan şərtlər və ya potensial risklər barədə maliyyə və satış departamentinin məlumatlandırılması;
  • Müştərilər ilə mütəmadi (aylıq vəya rüblük) üzləşmələrin aparılması, mail üzərindən və imza möhürlü aktların əldə edilməsi. Bu prosesə riayət etməyən vəya əməkdaşlıq etməyən müştərilər ilə əlaqələrin müvəqqəti dayandırılmasının tələb olunması;
  • Şübhəli və ümidsiz borclarla bağlı təkliflərin verilməsi.

Tələblər

  • İqtisadiyyat və ya maliyyə sahəsi üzrə ali təhsil;
  • Rus dili, İngilis dili arzolunan;
  • Müvafiq sahədə minimum 1 il təcrübə;
  • Yüksək səviyyəli analitik bacarıqlar və strateji məlumatlılıq;

    Göstərilən tələblərə cavab verən namizədlər öz ya CV formasını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “Debitor borclar üzrə analitik” yazaraq göndərə bilərlər.