Az Logistika

Dezinfeksiya, deratizasiya və dezinseksiya işləri üzrə mütəxəssis

AZ Logistika
Ə/h razılaşma ilə
2350
Tam iş günü
Bakı, Azərbaycan
23.09.2025 02:12 - 23.10.2025 12:00

İş haqqında məlumat

  • Dezinfeksiya, deratizasiya və dezinseksiya işlərinin təşkilini təmin etmək və qrup üzvlərinin fəaliyyətinə rəhbərlik etmək;
  • İşlərin sanitariya-gigiyena normalarına, ətraf mühitin mühafizəsi qaydalarına və mövcud qanunvericiliyə uyğun aparılmasına nəzarət etmək;
  • Obyektlər üzrə iş qrafiklərini hazırlamaq, icra planlarını tərtib etmək və iş bölgüsü aparmaq;
  • İstifadə olunacaq kimyəvi maddələrin, məhlulların və bioloji vasitələrin düzgün saxlanması, hazırlanması və tətbiqinə nəzarət etmək;
  • İşlərin gedişatında SƏTƏM (sağlamlıq, əmək təhlükəsizliyi və ətraf mühit tələbləri) qaydalarına əməl olunmasını təmin etmək;
  • Gəmiricilərə və həşəratlara qarşı mübarizə tədbirlərinin effektivliyini yoxlamaq, əlavə tədbirlərin görülməsini təşkil etmək; 
  • Obyektlərin vəziyyəti barədə mütəmadi monitorinq aparmaq və nəticələrə əsasən rəhbərliyə hesabat təqdim etmək;
  • İş zamanı istifadə olunan kimyəvi preparatların sərfiyyatını qeydiyyata almaq və təhvil-təslim sənədlərini tərtib etmək;
  • Qrup üzvlərinin iş intizamına, təlimatlara və təhlükəsizlik qaydalarına əməl etməsinə nəzarət etmək;
  • Yeni işçilərin işə adaptasiyası və təhlükəsizlik üzrə ilkin təlimatlandırılmasını həyata keçirmək;
  • Fövqəladə hallarda (kəskin yoluxucu xəstəliklərin yayılması, kütləvi gəmirici/həşərat invaziyası və s.) operativ tədbirlərin təşkilini təmin etmək.   

Hüquqları 

  • İşlərin düzgün təşkili üçün rəhbərliyə təkliflər vermək;
  • Qrup üzvlərinin fəaliyyətinə nəzarət etmək və qiymətləndirmək;
  • İşlərin keyfiyyətinə təsir edən hallarla bağlı rəhbərliyə rəsmi müraciət etmək;
  • İşin gedişinə mane olan halların aradan qaldırılmasını tələb etmək.

Məsuliyyət  

  • Görülən işlərin keyfiyyətinə və vaxtında icrasına görə məsuliyyət daşıyır; 
  • Təhlükəsizlik texnikası və sanitar normaların pozulmasına görə məsuliyyət daşıyır;
  • Kimyəvi maddələrin düzgün istifadəsi və saxlanılmasına nəzarət etmədikdə yaranan nəticələrə görə məsuliyyət daşıyır;
  • Qrup üzvlərinin təlimatlandırılması və təhlükəsiz şəraitin təmin edilməsinə görə məsuliyyət daşıyır.  

Şərtlər:   

  • 6 günlük iş norması  ;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş yerinə çatdırılma üçün servis mövcuddur;
  • Əmək haqqı : razılaşma əsasında;
  • İş yeri: Qaradağ r-nu, Salyan şossesi.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali və ya orta ixtisas təhsili (sanitariya, biologiya, epidemiologiya və ya texniki sahə üstünlükdür);
  • Dezinfeksiya, deratizasiya və dezinseksiya işlərində təcrübə;
  • Liderlik, təşkilatçılıq və nəzarət bacarığı;
  • Kimyəvi maddələrin təhlükəsiz istifadəsi qaydaları və sanitar-epidemioloji normalar haqqında biliklər;
  • Yüksək məsuliyyət və qərarvermə qabiliyyəti.