Bakı,
Azərbaycan
25/12/2025
-
08/01/2026
İş haqqında məlumat
- Bakterial və virus mənşəli risklərin aradan qaldırılması üçün sahələrin kimyəvi dezinfeksiyasını aparmaq.
- Zərərli həşəratlara (hamamböcəyi, ağcaqanad, milçək, gənə və s.) qarşı kimyəvi və mexaniki mübarizə üsullarını həyata keçirmək.
- Obyektlərdə bakteriya, virus, həşərat və gəmiricilərə qarşı dezinfeksiya, deratizasiya və dezinseksiya işlərini icra etmək.
- İstifadə olunacaq kimyəvi məhlulları təlimatlara uyğun hazırlamaq və təhlükəsiz tətbiq etmək.
- İş üçün tələb olunan iş geyimi və fərdi mühafizə vasitələrindən təlimatlandırmaya uyğun düzgün istifadə etmək.
- İş sahəsini hazırlamaq, təhlükəsizlik və mühafizə tədbirlərini görmək və iş bitdikdən sonra sahəni təmizləmək.
- Avadanlıq və cihazlardan düzgün, səmərəli və təhlükəsiz qaydada istifadə etmək.
- Görülən işlə bağlı qısa qeydiyyat aparmaq, zəruri hesabatları təqdim etmək.
- Ezamiyyə zamanı istifadə olunan materiallar, görülən iş və sərfiyyat barədə hesabat hazırlayıb təqdim etmək.
Təminatlar:
- Nahar şirkət tərəfindən verilir;
- İş qrafiki: 5 günlük;
- Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
- Əmək haqqı: Razılaşma əsasında.
Tələblər
- 18 yaşından yuxarı olmaq.
- Tam orta təhsil; sahə üzrə sertifikatın və ya tibb sahəsində təhsilin olması üstünlük təşkil edir.
- Dezinfeksiya sahəsində minimum 2 – 3 il iş təcrübəsinə malik olmaq.
- Kimyəvi maddələrin istifadəsi zamanı təhlükəsizlik qaydalarına riayət etmək
- Kimyəvi maddələrin hazırlanması və qarışdırılması zamanı müvafiq təlimatlara ciddi şəkildə əməl etmək.
- Püskürtmə, sis yayma, gel tətbiqi və digər aparat və avadanlıqlarla işləmək bacarığına malik olmaq.
- Gigiyena və sanitariya normaları üzrə baza biliyinə sahib olmaq.
- Komanda ilə işləmək
- Verilən tapşırıqları vaxtında icra etmək
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.