Bakı,
Azərbaycan
11/06/2026
-
25/06/2026
İş haqqında məlumat
- Yaşayış və qeyri-yaşayış sahələrində (ofislər, anbarlar, restoranlar, zavodlar və s.) dezinfeksiya (mikroblara qarşı), dezinsekciya (həşəratlara qarşı) və deratizasiya (gəmiricilərə qarşı) işlərini icra etmək;
- Kimyəvi preparatları və dezinfeksiyaedici məhlulları təlimata uyğun olaraq düzgün dozada hazırlamaq və tətbiq etmək;
- Xüsusi avadanlıq və cihazlardan (soyuq/isti duman generatorları, çiləyicilər və s.) düzgün və təhlükəsiz istifadə etmək;
- İş zamanı şəxsi mühafizə vasitələrindən (maska, xüsusi geyim, əlcək) mütləq şəkildə istifadə etmək və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmək;
- Görülmüş işlər barədə rəhbərliyə hesabat vermək;
- Müştərilərlə peşəkar ünsiyyət qurmaq, xidmət zamanı yaranan sualları cavablandırmaq.
İş şərtləri:
- İş qrafiki: 6 günlük iş həftəsi
- İş vaxtı: 09:00-dan 18:00-kimi
- Şirkət tərəfindən xüsusi geyim, qoruyucu vasitələr və lazımi avadanlıqların təmin edilməsi;
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 600 manat təşkil edir
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Tələblər
- Təhsil: Orta və ya orta-ixtisas təhsili (Kimya, biologiya və ya tibbi sahədə təhsili olanlara üstünlük verilir);
- İş təcrübəsi: Sanitariya-gigiyena və ya dezinfeksiya sahəsində minimum 1 il iş təcrübəsi (Təcrübəsi olmayan, lakin öyrənməyə həvəsli namizədlərə təlimlər keçirilə bilər);
- Müxtəlif kimyəvi maddələrlə işləmək bacarığı və allergik reaksiyaların olmaması;
- Fiziki cəhətdən sağlam, çevik və intizamlı olmaq;
- Komandada işləmək və stressə davamlılıq;
- Sürücülük vəsiqəsi (B kateqoriyası) və şəxsi avtomobilin olması (Şəxsi avtomobildən istifadə edildikdə yanacaq xərclərinin qarşılanması)
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.