Bakı,
Azərbaycan
03/03/2026
-
17/03/2026
İş haqqında məlumat
- Növbəti ayın qrafikinə uyğun satış komandasına dəstək olaraq marketinq fəaliyyətlərinin yerinə yetirilməsi (sosial media, e-poçt)
- Aylıq brif (dizayn üçün) və reklam mətnini hazırlamaq, paylaşmaq
- Təlimlər üçün Reklam fəaliyyətini reallaşdırmaq (vaxtında və effektiv olmasına diqqət etmək)
- Vebsaytın idarəedilməsi
- Saytda xəbər mətninin yazılması və yerləşdirilməsi
- Bloq və youtube kanalına nəzarət edilməsi
- Dijital fəaliyyətlərlə bağlı hesabatların hazırlanması
- Öyrədici kontent hazırlanması və planlanması
- Referans rəylərinin poster halına gətirilməsi, sayta yerləşdirilməsi
- Video çəkilişlə referansların alınmasına nəzarət
- Canlı yayımların, vebinarların və onlarla bağlı posterlərin hazırlanmasının təşkil edilməsi
- Forumların dijital fəaliyyətini təşkil etmək
İş şəraiti:
- Ünvan: Xocalı prospekti 55, AGA Center
- Həftəlik iş qrafiki: 5 gün
- İş saatları: 09:00-18:00
- Müəssisənin adı: SAT Group MMC
- Departamentin adı: Marketinq şöbəsi
- Vəzifənin adı: Digital marketing manager
- Tabe olduğu vəzifənin adı: Direktor müavini
- Əmək haqqı: 1000-1200 AZN ( namizədin bacarıqlarından asılı olaraq dəyişilir).
Tələblər
- Təhsil tələbləri: Bakalavr
- Staja dair tələb: 2 il
- Kompüter biliklərinə dair tələblər: MS Office proqramlarından istifadə qabiliyyəti – Yaxşı səviyyədə
- Dil bilikləri: Azərbaycan dili – Əla
İxtisas səriştələri:
- Ünsiyət bacarığı
- Layihə idarəetmə bacarığı
- Problem həll etmə bacarığı
- Vaxtın idarəedilməsi bacarığı
- Təqdim etmə bacarığı
- Detallara diqqət etmə bacarığı
- Stresə davamlılıq
Əlavə olaraq təlimlərdə iştirak imkanı, mentor dəstəyi, ildə 1 dəfə dərəcə artımı imkanı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.