Vision Academy

Direktor

Vision Academy
Ə/h razılaşma ilə
211
Tam iş günü
Bakı, Azərbaycan
21/05/2026 - 04/06/2026

İş haqqında məlumat

  • Mərkəzin ümumi fəaliyyətinin idarə olunması və inkişaf strategiyasının formalaşdırılması;
  • Təlim-tədris proqramlarının planlaşdırılması və keyfiyyətinə nəzarət edilməsi;
  • Təlimçi və müəllim heyətinin seçilməsi, qiymətləndirilməsi və inkişafının təmin edilməsi;
  • Yeni təlim proqramlarının hazırlanması və bazar ehtiyaclarına uyğunlaşdırılması;
  • Mərkəzin marketinq və satış strategiyasının formalaşdırılmasında iştirak etmək;
  • Tələbə qəbul prosesinin təşkili və effektivliyinin artırılması;
  • Maliyyə göstəricilərinə nəzarət və büdcənin idarə olunması;
  • Mərkəzin tərəfdaş şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
  • Tədris və inzibati heyətin fəaliyyətinin koordinasiyası və performansına nəzarət;
  • Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.

Təklif edirik:

  • Əmək haqqı: Razılaşma yolu ilə (Namizədin bilik və bacarığına əsasən);
  • İş qrafiki: 6 gün / 09:00 - 18:00;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Gənc və peşəkar komanda ilə dinamik iş mühiti.

Tələblər

  • Təhsil: Ali təhsil  (idarəetmə, biznes, təhsil və ya əlaqəli sahələr üzrə üstünlükdür)
  • İş təcrübəsi:
    Təlim-tədris şirkətlərində, təhsil mərkəzi və ya oxşar sahədə idarəetmə üzrə minimum 2-3 il iş təcrübəsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Liderlik və təşkilatçılıq bacarığı;
  • Strateji düşünmə və qərarvermə bacarığı
  • Ünsiyyət və təqdimat bacarığı;
  • Analitik düşünmə bacarığı;
  • Problem həll etmə və nəticəyönümlülük bacarığı;
  • Məsuliyyətlilik və təşəbbüskarlıq;
  • Satış və biznes inkişafı üzrə biliklər;
  • Azərbaycan dilində səlis yazılı və şifahi nitq bacarığı;
  • İngilis dili biliyi - C1;
  • Rus dilində ünsiyyət bacarığı üstünlükdür. 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.