UĞUR İNDUSTRY MMC

Direktor assistenti

UĞUR İNDUSTRY MMC
Ə/h razılaşma ilə
727
Tam iş günü
Xırdalan, Azərbaycan
24/04/2026 - 08/05/2026

İş haqqında məlumat

  • Sorğu materiallarının komplektləşməsini təmin edir, onları sinifləndirir və sistemləşdirir;
  • Xidməti materiallarla işləyir, onları rəhbərə məruzə etmək üçün sistemləşdirir;
  • Kənar təşkilatlara göndərilən sənədlərin tərtibi və hazırlanmasında iştirak edir, tapşırılan  məktubların  müəlliflərinə cavab məktubu hazırlayır;
  • Direktorun iclas və müşavirələrinin keçirilməsini planlaşdırır;
  • Müəyyən edilmiş mövzu üzrə məlumat toplayaraq rəhbərin çıxışlarının layihəsini hazırlayır;
  • Direktorun tapşırığına müvafiq olaraq sənədləri icraçılara verir, qeydiyatlarını rəsmləşdirir;
  • İcra olunmuş sənədləri ünvanlara yola salır;
  • Menecment iclaslarının protokollarını tərtib edir və uçotunu aparır;
  • Cəmiyyətin Direktoru tərəfindən struktur bölmələrinə göndərilən əmr, sərəncam, tədbirlər planı və s. göstərişlərin icrasına nəzarət edir;
  • Direktorun tələb etdiyi forma və müddətlərdə fəaliyyətinə aid hesabatları hazırlayır və təqdim edir;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirilməsini təmin edir; 

Təminatlar:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Nahar ilə təmin edilir.
  • Korporativ nömrə ilə təmin edilir.
  • İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən).

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi olmalı;
  • MS Office (Word, Excel) proqramlarını bilməli;
  • Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı;
  • Analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabilyyəti olmalı;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.