Core Construction

Direktor assistenti (Personal assistant)

Core Construction
Ə/h razılaşma ilə
211
Tam iş günü
Bakı, Azərbaycan
18.09.2025 05:02 - 18.10.2025 12:00

İş haqqında məlumat

  • Rəhbərin tapşırığı əsasında işlərin yönləndirilməsi və icrasına nəzarət;
  • Direktorun gündəliyinin tutulması;
  • İclasların təşkili və iclas protokolunun tərtib edilməsi;
  • Keçiriləcək qəbulların və iclasların keçirilməsi üçün zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, iştirakçıların qəbulların və iclasların tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması) görmək;
  • Email və telefon zənglərinin cavablandırılması;
  • Lazım olan məlumatları Şirkətin quruluş bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və hesabat hazırlamaq;
  • Səyahət və iş yeməkləri ilə bağlı yerlərin bron edilməsi;
  • Vakansiyaya uyğun digər vəzifə öhdəlikllərinin yerinə yetirilməsi.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı razılaşma əsasında;
  • Korporativ telefon nömrəsi və danışıq paketi.

İş yeri: Bakı şəhəri, 7 mik.r. Dərnəgül metrosu. Elit Park.

Müraciət forması:

Uyğun namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Direktor assistenti (Personal assistant)” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Tələblər

  • Minimum təhsil dərəcəsi: Bakalavr;
  • Komputer bilikləri: MS Office (Word, Power Point, Excel )– yaxşı;
  • Dil bilikləri: Azərbaycan- Əla; Rus- Əla.
  • Minimum təcrübəsi: 3 il (müvafiq sahə üzrə);
  • Ehtiyac olduqda ezamiyyetə gedə bilməli;
  • İngilis dili biliyi – üstünlükdür.

Fərdi keyfiyyət göstəriciləri:

  • Dəqiqlik və detallara diqqətlilik;
  • Yazılı və şifahi ünsiyyət;
  • Məsuliyyətlilik;
  • Operativlik;
  • Komanda ilə işləmə bacarığı;
  • Analitik düşünmə bacarığı
  • Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
  • Zamanın düzgün idarə edilməsi bacarıqları;
  • Planlaşdırma və problem həll etmə bacarığı.


Oxşar vakansiyalar