Xırdalan,
Azərbaycan
27.05.2025 20:11
-
27.06.2025 12:00
İş haqqında məlumat
- Rəhbərin inzibati və idarəetmə fəaliyyətinin təşkilati və texniki cəhətdən təmin edilməsi;
- Direktorun adından yazışmaların və rəsmi məktubların hazırlanması və cavablandırılması;
- Direktorun iştirakı ilə keçirilən daxili və xarici iclasların tam təşkili və effektiv koordinasiyası (dəvətlərin göndərilməsi, məkanın hazırlanması, gündəliyin tərtib edilməsi və iclas protokollarının aparılması);
- Direktorun şəxsi və işgüzar görüşlərinin koordinasiyası;
- Direktorun nəzarətində olan layihələrin izlənməsi və icra planlarına uyğunluğun yoxlanılması;
- Şirkətin müxtəlif struktur bölmələrindən (layihə, şöbə və bölmə rəhbərləri daxil olmaqla) mütəmadi olaraq hesabatların toplanması, təhlil edilməsi, sistemləşdirilməsi və ümumiləşdirilməsi;
- Görülən işlərin vəziyyəti, potensial risklər və əldə olunan irəliləyişlər barədə hesabatların və analitik təhlillərin hazırlanması;
- İş yeri – Xırdalan şəhəri;
- 5 günlük iş həftəsi (09:00 – 18:00);
- Əmək haqqı: 2000-2500 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilir).
Tələblər
- Ali təhsil mütləqdir – namizədin mühəndislik, biznesin idarə edilməsi, maliyyə və ya iqtisadiyyat sahələrindən birində bakalavr və ya daha yüksək səviyyəli ali təhsilə malik olması tələb olunur;
- Müvafiq və əlaqəli sahələrdə ən azı 3 il iş təcrübəsi;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
- Azərbaycan və rus dillərində səlis danışıq; ingilis dili biliyi üstünlük hesab olunur;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Güclü ünsiyyət və təşkilatçılıq bacarıqları;
- Məsuliyyətli, dəqiq və operativ işləmək bacarığı.