SMTS

Direktor köməkçisi

SMTS
Ə/h razılaşma ilə
903
Tam iş günü
Bakı, Azərbaycan
17.09.2025 10:06 - 17.10.2025 12:00

İş haqqında məlumat

  • Direktorun keçirdiyi danışıqların, görüşlərin və iclasların hazırlığının təmin olunması;
  • Müvafiq sənədlərin toplanması, yerləşdirilməsi və qeydiyyatının aparılması;
  • Direktorun gündəlik iş planının idarə edilməsi və effektiv vaxt bölgüsünün təmin edilməsi;
  • Tapşırıqlar gündəliyinin aparılması, icra vəziyyətinin izlənilməsi və rəhbərliyi məlumatlandırma;
  • Azərbaycan dilində mükəmməl yazı qabiliyyəti olmalı və Şirkətin müəyyən etdiyi korporativ üslub əsasında daxili, ölkədaxili və beynəlxalq yazışmaların aparılması;
  • Tədbirlər təqviminin idarə olunması və müvafiq xatırlatmaların verilməsi;
  • Zəruri hesabatların hazırlanması və təqdim olunması.

Əmək şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş rejimi: 5 günlük iş həftəsi.

Əmək haqqı: Əmək haqqı məbləği namizədin təhsili, təcrübəsi və iş stajına görə təklif olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu yerinə “Direktor köməkçisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Tələblər

Tələb olunan təhsil və təcrübə

  • Humanitar sahədə ali təhsil;
  • Direktor köməkçisi kimi ən az 3 il fasiləsiz iş təcrübəsi ümumi iş təcrübəsi 10 ildən çox (beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir).

Tələb olunan kompüter bilikləri

  • Word, Excel, PowerPoint, Outlook, proqramlarda sərbəst işləməyi, o cümlədən Kompüterdə sürətli işləməyi bacarmalı.

Tələb olunan dil bilikləri

  • Azərbaycan dili - C1;
  • İngilis dili – B2;
  • Rus dili – B2.