Bakı,
Azərbaycan
06/11/2025
-
06/12/2025
İş haqqında məlumat
- Direktorun keçirdiyi danışıqların, görüşlərin və iclasların hazırlığının təmin olunması;
- Müvafiq sənədlərin toplanması, yerləşdirilməsi və qeydiyyatının aparılması;
- Direktorun gündəlik iş planının idarə edilməsi və effektiv vaxt bölgüsünün təmin edilməsi;
- Tapşırıqlar gündəliyinin aparılması, icra vəziyyətinin izlənilməsi və rəhbərliyə məlumatlandırma;
- Şirkətin müəyyən etdiyi korporativ üslub əsasında daxili, ölkədaxili və beynəlxalq yazışmaların aparılması;
- Direktorun texniki fəaliyyətlərinin təmin olunması (nəqliyyat sifarişi, bilet sifarişi, görüşlərin təşkili və s.);
- Tədbirlər təqviminin idarə olunması və müvafiq xatırlatmaların verilməsi;
- Zəruri hesabatların hazırlanması və təqdim olunması.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Direktor köməkçisi” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər
- Ali təhsil;
- Minimum 1 il icraçı köməkçi və ya inzibati sahədə iş təcrübəsi;
- Azərbaycan dilində səlis, rus və ingilis dilləri biliyi;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- Yüksək təşkilatçılıq, planlama və vaxtın idarə olunması bacarığı;
- Məxfilik, məsuliyyətlilik və detallara diqqət;
- Yüksək ünsiyyət və peşəkar yazışma bacarığı.