Bakı,
Azərbaycan
07/01/2026
-
21/01/2026
İş haqqında məlumat
- Direktorun gündəlik iş qrafikinin (görüşlər, iclaslar, səfərlər) planlaşdırılması və koordinasiyası
- Rəsmi yazışmaların (məktub, e-mail, ərizə, arayış) hazırlanması və izlənilməsi
- Daxil olan və gedən sənədlərin qeydiyyatı, arxivləşdirilməsi və nəzarətdə saxlanılması
- Direktorun tapşırıqlarının vaxtında və düzgün icrasının təmin edilməsi
- İclasların təşkili, protokolların hazırlanması və qərarların icrasına nəzarət
- Şirkət daxili və xarici tərəfdaşlarla effektiv kommunikasiya qurulması
- Məxfi məlumatların qorunması və etik davranış qaydalarına riayət edilməsi
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Zərurət olduqda digər inzibati işlərin icrası
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Bakıxanov 24 st
- İş qrafiki: 5/7 (09:00 – 18:00)
- Əmək haqqı: 800-1000 Azn net
Tələblər
- Ali təhsil (idarəetmə, biznes, hüquq və ya əlaqəli sahələr üzrə üstünlükdür)
- Oxşar vəzifədə minimum 1 il iş təcrübəsi
- Azərbaycan dili – səlis, “Çin və ingilis dillərində sərbəst danışıq tələb olunur, lakin çin dilini sərbəst bilən namizədlər üçün ingilis dili biliyi məcburi deyil.”
- MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) yüksək səviyyədə işləmə bacarığı
- Yüksək ünsiyyət və yazılı ifadə bacarıqları
- Vaxtın düzgün idarə edilməsi və multitasking bacarığı
- Məsuliyyətli, diqqətli, təşəbbüskar və stresə davamlı olmaq
- Konfidensiallıq prinsiplərinə əməl etmək
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.