Bakı,
Azərbaycan
28/07/2026
-
11/08/2026
İş haqqında məlumat
- Direktorun gündəlik iş qrafikini, görüşlərini və iclaslarını planlaşdırmaq və koordinasiya etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icrasını təşkil etmək və icra vəziyyətinə nəzarət etmək;
- Rəhbərliyin imzasına təqdim ediləcək sənədləri yoxlamaq, sistemləşdirmək və hazırlanmasını təşkil etmək;
- Rəhbərliyin daxili və xarici yazışmalarını hazırlamaq, məktub və digər rəsmi sənədləri tərtib etmək;
- İclasların təşkili, protokolların hazırlanması və qəbul edilmiş qərarların icrasına nəzarət etmək;
- Rəhbərliyin ezamiyyətlərinin təşkili, bilet, hotel və digər inzibati məsələlərin koordinasiyasını həyata keçirmək;
- Müxtəlif hesabatların, təqdimatların və məlumat arayışlarının hazırlanmasında iştirak etmək;
- Müəssisənin struktur bölmələri ilə operativ əlaqələndirməni təmin etmək və informasiya mübadiləsini koordinasiya etmək;
- Məxfi sənədlərin və məlumatların qorunmasını təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
İş əşraiti
- İş yeri: Bakı şəhəri, Şıxov qəsəbəsi
- İş rejimi: 5 gün 09:00 – 17:00
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir
Təklif edirik:
- Stabil və uzunmüddətli iş imkanı;
- Peşəkar inkişaf və təlim imkanları;
- Korporativ və peşəkar iş mühiti;
- Karyera yüksəlişi perspektivi.
Tələblər
- Ali təhsil (İdarəetmə, Biznesin idarə edilməsi, Hüquq, İqtisadiyyat və ya digər uyğun ixtisas üzrə);
- Direktor köməkçisi, ofis meneceri, inzibati işlər üzrə mütəxəssis və ya oxşar vəzifədə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilmək üstünlükdür;
- Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) yüksək səviyyədə işləmək bacarığı;
- Rəsmi yazışma, sənədləşmə və işgüzar ünsiyyət qaydalarını bilmək;
- Planlaşdırma, təşkilatçılıq və vaxtın effektiv idarə olunması bacarığı;
- Analitik düşünmə, operativ qərarvermə və problemlərin həlli bacarığı;
- Yüksək məsuliyyətlilik, diqqətlilik və məxfi məlumatlarla işləmək bacarığı.
Şəxsi keyfiyyətlər:
- Yüksək ünsiyyət və təqdimat bacarığı;
- Təşkilatçılıq və koordinasiya bacarığı;
- Nəticəyönümlülük və təşəbbüskarlıq;
- Stressə davamlılıq və operativ işləmək bacarığı;
- Etik davranış və peşəkarlıq;
- Komandada işləmək və effektiv əməkdaşlıq bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun