Bakı,
Azərbaycan
11.08.2025 10:28
-
11.09.2025 12:00
İş haqqında məlumat
- Şirkətə məxsus yük maşınlarının marşrutlarını planlaşdırmaq və nəzarət etmək;
- Sürücülərlə əlaqə saxlamaq, onların iş qrafikini tənzimləmək və təlimatlandırmaq;
- Nəqliyyat vasitəsi, sürücülərin bütün sənəd və icazələrinin reyestrini aparmaq həmçinin nəzarətdə saxlamaq;
- Yüklərin vaxtında və təhlükəsiz şəkildə çatdırılmasını təmin etmək
- Göndərmə prosesinin izlənməsi, malların vəziyyəti barədə məlumat vermək;
- Yük daşımaları zamanı problemləri operativ həll etmək və zərurət olduqda alternativ marşrutlar təklif etmək;
- Yük maşınlarının texniki vəziyyətinə nəzarət etmək, təmir üçün vaxt təyin etmək;
- Hesabatların hazırlanıb müvafiq şəxslərə təqdim edilməsi.
İş Rejimi:
- İş qrafiki: həftə içi 5 gün ;
- Şirkət tərəfindən korporativ nömrə ilə təmin edilmə;
- Azərbaycan Respublikasının ƏM - nə uyğun sənədləşmə;
- Əmək haqqı 1000-2000 manat (müsahibə əsasında təyin olunacaqdır).
İş yeri:
- Yasamal rayonu, Həsən Məcidov 10 (Almaz Park) .
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Dispetçer”şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Tələblər
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- MS Excel, 1C proqramında sərbəst işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili biliyi üstünlükdür;
- Yüksək ünsiyyət bacarığı;
- Qərarvermə və təşkilatçılıq bacarığı;
- Komanda ruhu və əməkdaşlıq bacarığı.