Azərşəkər LLC

Dispetçer

Azərşəkər LLC
Ə/h razılaşma ilə
1364
Tam iş günü
Bakı, Azərbaycan
19/12/2025 - 02/01/2026

İş haqqında məlumat

  • Traktorçuların, ekskovatorçuların və kombayn sürücülərinin gündəlik iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsi;
  • Texnikaların və aqreqatların GPS və digər izləmə sistemlərinin köməyi ilə başlanğıc məntəqədən  son məntəqəyə kimi real vaxt ərzində hərəkətini izləmək, onların hərəkətini koordinasiya edərək optimal marşrut xətlərinin hazırlamaq;
  • Kənd təsərrüfatı texnikalarının və yük avtomobillərinin  göndərilməsinə və sahədən qayıtmasına nəzarət etmək, nəqliyyat vasitələrinin sahədən vaxtında qayıtmadığı bütün hallar haqqında rəhbər şəxsə məlumat vermək;
  • Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal onun haqqında rəhbərliyə məlumat vermək;
  • Ekskavatorçular,  traktorçular və kombayn sürücüləri ilə hesabat aparmaq və tapşırıqları çatdırmaq;
  • Ekskavatorçular, traktorçular və kombayn sürücülərinə mütəmadi dərslərin keçirilməsini təşkil etmək, iş öncəsi riskləri qiymətləndirərək onlara bu barədə lazımi təlimatlar vermək və onların təhlükəsizlik qaydalarına əməl etməsinə nəzarət etmək; 
  • Ekskavatorçular, traktorçular və kombayn sürücülərinin sahədən mütəmadi məlumat ötürməsini təmin etmək və rəhbərliyə vaxtı vaxtında məlumat vermək, problem yarandıqda sürücülərə təlimat verərək onların koordinasiyasını təmin etmək;
  • Texnikalar və aqreqatlara mütəmadi olaraq mexanik və təmirçi çilingərlərlə birlikdə baxış keçirmək və aşkarlanmış nöqsanlar barədə rəhbərliyə məlumat vermək;
  • Texniki xidmətlərin texniki baxış qrafiklərinə uyğun edilməsinə nəzarət etmək;
  • Yanacaq sərfi haqqında gündəlik və aylıq iş hesabatları hazırlamaq, texnikanın və aqreqatın iş məhsuldarlığını qeydiyyata almaq və bu məlumatları sistemə daxil etmək;
  • Texnikaların və aqreqatların boşdayanmalarının qarşısını alaraq yanacaqdan və iş saatından səmərəli istifadə etmək
  • Kənd təsərrüfatı texnikalarının və yük avtomobillərinin  cərimələrinə nəzarət etmək və cərimənin səbəbini analiz etmək;
  • Kənd təsərrüfatı texnikalarında və yük avtomobillərində  baş verə biləcək nasazlıqlarla bağlı mexanikə məlumat vermək;

Əlavə məlumat:

  • Struktur: Mərkəzi texniki baza
  • Bilavasitə tabe olduğu şəxs: Mərkəzi texniki bazanın rəhbəri
  • İş yeri: Yevlax təsərrüfatı
  • İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00);

Tələblər

  • Tam orta təhsil (ali təhsil arzuolunandır)
  • İş sahəsi üzrə əsas anlayışlar
  • Operativ düşünmə və stressə davamlılıq
  • Zamanın düzgün idarə olunması, sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;
  • Azərbaycan dili səlis
  • Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Dispetçer) qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.