Bakı,
Azərbaycan
15/09/2026
-
29/09/2026
İş haqqında məlumat
AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Dispetçer vakansiyası üzrə namizəd axtarılır.
Vəzifə Öhdəlikləri:
- Sürücülərin işinin təşkil edilməsi, daşımalar üzrə tapşırıqların yerinə yetirilməsinə nəzarət edilməsi;
- Sürücülərə yol vərəqələrinin təqdim edilməsi və digər sənədlərin qəbul edilməsi, doldurulması, onların düzgün rəsmiləşdirilməsinin yoxlanılması;
- Nəqliyyat vasitələrinin göndərilməsinə və xətdən qayıtmasına nəzarət edilməsi;
- Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal rəhbərliyə məlumat verilməsi;
- Avtomobillərin təmirə dayanması ilə bağlı məlumat verilməsi və təmirə yönləndirilməsi;
- Yanacaq sərfi haqqında hesabatları hazırlaması, yanacaq kartlarının verilməsi;
- Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə GPS vasitəsilə nəzarət edilməsi;
- Tabeliyində olduğu rəhbərliyinin tapşırıqlarını və nəqliyyat vasitələrinə olan sifarişləri qeydə almaq.
Tələblər
- Ali və ya orta ixtisas təhsili (Nəqliyyat, Mexanika və ya uyğun sahə üzrə)
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
- MS Office proqramlarında işləmə bacarığı
- Komanda ilə işləmə bacarığı
- Məsuliyyətlilik və nizam-intizam
Əmək şəraiti:
- İş yeri: Hökməli
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: 800-1000 Azn