hrin.az
Reklam

Dizayn istiqaməti üzrə müəllim

Qarabağ Universiteti

Əmək haqqı: Razılaşma

168517 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərXankəndi
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYoxdur
TəhsilDoktorantura
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

Vakansiya: Dizayn istiqaməti üzrə müəllim

Təhsil müəssisəsi: Qarabağ Universiteti

Vəzifə öhdəlikləri

  • Dərs yükünə uyğun fənlərin tədrisi;
  • Fənn sillabuslarının hazırlanması;
  • Fakültənin tələbə və müəllim sərgilərinin təşkilində iştirak;
  • Fərdi və ya dövlət sifarişi üzrə fərdi və ya ictimai müəllif layihələrinin hazırlanması;
  • Təhsil alanların biliklərinin qiymətləndirilməsində iştirak;
  • Müvafiq proqram fəaliyyətinə dair təkliflərin hazırlanması;
  • Tədris prosesindən əlavə, fakültənin sosial-ictimai və təhsil məsələləri ilə bağlı tədbirlərin təşkilində aktiv iştirak.

Namizədlərə tələblər

  • Təhsil: Müvafiq sahə üzrə minimum magistr dərəcəsi (doktorantura və elmi dərəcəyə sahib olmaq üstünlük hesab edilir);
  • İş təcrübəsi: Ali təhsil müəssisələrində uyğun sahə üzrə elmi-pedaqoji və atelyelər üzrə praktik iş təcrübəsi;
  • Akademik, konstruktiv və estetik yanaşma;
  • Geyim dizaynı üzrə istifadə olunacaq 2 və 3 ölçülü proqram bilikləri (xüsusən CLO3D proqramı);
  • Azərbaycan dilində sərbəst yazı və danışıq bacarıqları;
  • Tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından səmərəli istifadə bacarığı;
  • Tələbəyönümlü və səriştə əsaslı tədris yanaşmalarından istifadə bacarıqları;
  • Yüksək kommunikasiya bacarığı;
  • Liderlik və idarəetmə bacarıqları.

Əmək haqqı və rəsmiləşdirmə

  • Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq;
  • AR qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.
Reklam