AK Pack MMC

Dizayner

AK Pack MMC
Ə/h razılaşma ilə
518
Tam iş günü
Sumqayıt, Azərbaycan
23/02/2026 - 09/03/2026

İş haqqında məlumat

  • Müxtəlif məhsullar üçün qablaşdırma dizaynlarını hazırlayaraq, markamızın vizual kimliyini gücləndirilməsi.
  • Brend kimliyinə uyğun kreativ dizayn həllərinin hazırlanması
  • Müştəridən daxil olan sifarişlər üzrə, müştərinin istək və zövqünə uyğun, məhsul xüsusiyyətlərini nəzərə alaraq dizaynların hazırlanması;
  • Verilən tapşırıqların vaxtında və keyfiyyətli icrası
  • Çap olunacaq qablaşdırma məhsullarının çapa hazırlanmasında aktiv rol oynaması
  • Şirkətin bütün dizayn materialların ümumi stilistikası, rəng və kompozisiyasına cavabdehlik daşıması;
  •  Tapşırıqların icrası ilə bağlı üst rəhbərinə müvafiq hesabatların verilməsi;

İş şəraiti:

  • Sənədləşmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun;
  • İş yeri: Sumqayıt Kimya Sənaye parkı
  • İş qrafiki həftə içi 5 gün (09:00-18:00) ;
  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Korporativ mobil nömrə
  • Servis xidməti Sumqayıt.

Tələblər

  • Ali təhsil (Dizayn, Qrafika və ya müvafiq sahə);
  • Polietilen paketlərin istehsalı sahəsində Dizayner təcrübəsi ( minimum 3 il)
  • Corel Draw və Adobe Photoshop, InDesign proqramlarını mükəmməl bilən;
  • Qablaşdırma dizaynı və çap prosesi ilə bağlı  biliklərə malik olmalı;
  • Rənglərin düzgün seçimi, uyğunlaşdırılması və çap üçün rəng ayırımı prosesini bilməli;
  • Çapa hazırlıq mərhələsi və çap texnologiyaları üzrə biliklərə sahib olmalı 
  • Komandada işləmə, ünsiyyət bacarıqlarının olması;
  • Yaradıcı düşüncəli, işinə həvəs və peşəkarlıqla yanaşması;
  • Stress altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı, baş verən hadisələrdə zamanında çevik və doğru qərar rmək bacarıqlarının olması;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.