Gardashlar Mebel

Dizayner

Gardashlar Mebel
1200 - 1500 ₼
293
Tam iş günü
Bakı, Azərbaycan
13/10/2026 - 27/10/2026

İş haqqında məlumat

“Qardaşlar Mebel” QSC şirkətinə Dizayner tələb olunur!

İş şəraiti

  • İş qrafiki: 6 günlük, Bazar günü istirahət günüdür
  • İş yeri: Bakı, Binəqədi r., Biləcəri qəs., Binəqədi şos. 8F
  • Əmək haqqı: İlk ay: 1200 AZN
  • İkinci aydan etibarən: 1500 AZN — namizədin təcrübəsi və peşəkar bacarıqları nəzərə alınmaqla müəyyən ediləcək.

Vəzifə öhdəlikləri:

  • Mebel layihələrinin hazırlanması və texniki çertyojların tərtibi
  • 2D və 3D modellərin hazırlanması və vizuallaşdırılması
  • AutoCAD və 3ds Max proqramlarında işlərin icrası
  • İstehsal üçün texniki sənədlərin hazırlanması
  • İstehsalat və dizayn komandası ilə koordinasiyalı işləmək
  • Ölçülərin dəqiq hesablanması və material seçiminə nəzarət
  • Layihələrin vaxtında və keyfiyyətli icrası
  • Müştəri tələblərinə uyğun mebel dizaynlarının hazırlanması və təqdim olunması
  • Mebel, avadanlıq və dekorasiya üçün uyğun material və brendlərin seçilməsi
  • Sifarişlər üzrə eskiz və işçi layihələrin hazırlanması

Tələblər

  • Minimum 3 il iş təcrübəsi
  • AutoCAD proqramını mükəmməl səviyyədə bilmək (mütləq)
  • 3ds Max və digər 3D proqramlarda işləmə bacarığı
  • Eskiz və detallı çertyojların hazırlanması bacarığı
  • Komanda ilə işləmək bacarığı və məsuliyyətli yanaşma
  • Detallara diqqət və dəqiqlik
  • Verilən tapşırıqları vaxtında yerinə yetirmə bacarığı

Namizəd profili:

  • Nizam-intizamlı, məsuliyyətli və təşəbbüskar
  • Kollektivdə sağlam iş mühitinin formalaşmasına töhfə verən
  • Peşəkar inkişafda maraqlı və öyrənməyə açıq
  • Mebel istehsal texnologiyaları haqqında biliklərə malik