Prime Agency

Dizayner/3D Vizualizator

Prime Agency
Ə/h razılaşma ilə
476
Tam iş günü
Bakı, Azərbaycan
20.08.2025 09:33 - 20.09.2025 12:00

İş haqqında məlumat

  • Verilmiş texniki tapşırığa, brifə əsasən ilkin eskizlərin, 3D modellərin və renderlərin hazırlanması;
  • Dizayn zamanı formalaşdırdığı işin texniki detalları haqqında məlumatlı olmaq;
  • Material seçimi, işıqlandırma və struktura uyğun realistik vizualizasiyaların yaradılması;
  • Mövcud layihələr üzərində düzəlişlərin və təkmilləşdirmələrin edilməsi;
  • 3D modellərin real məkana və ya ölçülərə uyğunluğunun təmin olunması;
  • Prodakşn və texniki komanda ilə sıx əməkdaşlıq edərək layihələrin texniki baxımdan icra oluna biləcəyinə nəzarət;
  • Stendlərin, promo güşələrin, səhnə tərtibatının dizayn edilməsi;
  • Dizayn sahəsində yeniliklərdən xəbərdar olmalı və konseptual işlərdə bu yenilikləri tətbiq etməli.

Əlavə məlumat:

  • Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirmə;
  • İş qrafiki I-V Günlər;
  • Maaş əmək bazarına uyğun, namizədin bilikləri əsasında razılaşdırılacaqdır.

Maraqlanan namizədlərin CV-lərini “Dizayner / 3D Vizualizator” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Portfolionu CV ilə yanaşı təqdim etmək mütləqdir.

Tələblər

  • Ali təhsilli (Orta texniki təhsili də ola bilər);
  • Memarlıq, sahə planlaması, interyer dizaynı və ya əlaqəli sahələrdə peşəkar təcrübə;
  • Verilən tapşırıqlar əsasında araşdırmalar etməyi yaxşı bacarmalı;
  • Ünsiyyətcil, operativ, təşəbbüskar, komanda ruhlu olması;
  • Yarana biləcək olan problemlər barədə yerində qərarvermə və həll etmə bacarığı;
  • Səlis Azərbaycan və rus dili biliyi (Müştərilərimizin xarici ölkə vətəndaşları olduğu üçün bu tələb önəmlidir);
  • Ölkə daxilində ezam getmək kimi məqamları nəzərə almalıdır.
  • Dizayn proqramlarında (AutoCad, 3ds Max, Sketchup və digər oxşar proqramlar) yüksək səviyyədə işləmə bacarığı;
  • Modelləmə və vizuallaşdırma qabiliyyəti; 
  • Stend, mebel dizaynı sahəsində təcrübə; 
  • Səlis Azərbaycan dili biliyi və rus dili biliyi (Müştərilərimiz xarici ölkə vətəndaşları olduğu üçün önəmlidir);
  • Texniki çertyojlarla işləmə bacarığı üstünlükdür;   
  • Sürətli və keyfiyyətli işləmək bacarığı;
  • Kreativ və yenilikçi yanaşma;
  • Microsoft Office (Word, Excel, PowerPoint və Outlook) proqramlarında işləmə bacarığı.


Oxşar vakansiyalar