Holcim Azerbaijan

Doğrayıcı Qurğu Maşinisti

Holcim Azerbaijan
Ə/h razılaşma ilə
245
Tam iş günü
Bakı, Azərbaycan
09/10/2026 - 23/10/2026

İş haqqında məlumat

İş yeri: Şahqaya Karxanası 

Əsas vəzifələr:

  • Xırdalayıcını texniki saz vəziyyətdə saxlayır və beləliklə onun effektivliyinin (səmərəlilik əmsalının) artırılmasını, onun optimal vəziyyətdə istismarını təmin edir.
  • Avadanlıqlar üçün tələb olunan ehtiyat hissələri haqqında dərhal rəhbərliyi məlumatlandırır, avadanlıqların fasiləsiz və səmərəli işləməsi üçün profilaktik təmirini həyata keçirir.
  • Xırdalayıcının təmirində müntəzəm iştirak edir.
  • Xırdalayıcının və Lentli Nəqledicinin bütün birləşmə işini təmin edir.
  • Bunkerin divarlarına və qaynaq edilmiş hissələrə yapışmış materialların təmizlənməsini həyata keçirir.
  • Lentli Nəqledicidə zəruri hallarda rolikləri dəyişir və lenti yapışdırır.
  • Avadanlığın və Lentli Nəqledicinin yerləşdiyi ərazini təmizləyir, zəruri hallarda texniki təhlükəsizlik elementlərini quraşdırır, Lentli Nəqledicini sahədə qalan hər hansı əlavə materiallardan və hissələrdən azad edir.
  • İş yerini təmiz saxlayır, təmir vaxtı təmirdə iştirak edir.
  • Avadanlığın təmirindən sonra onun ayrı-ayrı parametrlərinin uyğunluğunun müəyyən edilməsi məqsədilə keçirilən testlərdə iştirak edir.
  • Baş verən hadisələr haqqında rəhbərinə və ya menecerinə məlumat verir.
  • Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydaları haqqında tam məlumatı olur və ona əməl olunmasına ciddi riayət edir.
  • Glops nəticəsində yarana biləcək hər hansı bir insidentin qarşısını almaq və işçilərə zərər verə biləcək potensial təhlükədən yayınmaq məqsədilə risklərə nəzarət prosesinə əməl edir.
  • Vaqonların tez və təhlükəsiz şəkildə xırdalanmış xammal materialları ilə yüklənməsinə cavabdehlik daşıyır. (əhəngdaşı, gil....)
  • Vaqonları doğranmış xammalla yüklədikdən sonra başmaqla vaqonların altını bərkitmək işlərini yerinə yetirir.
  • Yükləmə sahəsinin təmizliyinin təmin olunmasına cavandehlik daşıyır.
  • Avadanlığın vəziyyətinə nəzarət edir və təmir işlərində iştirak edir.
  • Xammalla birlikdə gələn metal hissəciklərin ötürücü roliklərin üzərindən təmizlənməsini həyata keçirir.
  • Daima olaraq əhəngdaşın və gilin keyfiyyətinə nəzarət edir, keyfiyyətdə baş verən dəyişiklikləri məruzə edir.
  • Dəmir yolu xəttinə maşınla təhlükəsizlik qaydalarına əməl etməklə nəzarət edir. 
  • Ağır mexanizm dəmir yolunu təmizləyərkən onlara nəzarət edir.
  • Xırdalayıcıda xammalın keyfiyyətinə daim nəzarət edir.
  • Əməliyyatlar zamanı bütün prosedur və ƏMTT qaydalara əməl edərək Dartıcı Robotdan istifadə edir.

Tələblər

  • Tələb olunan təhsil: Orta ixtisas və ya peşə təhsili
  • İş təcrübəsi: Müvafiq sahədə 1-2 il iş təcrübəsi