Socar Green

Driver

Socar Green
Ə/h razılaşma ilə
481
Tam iş günü
Bakı, Azərbaycan
04/06/2026 - 18/06/2026

İş haqqında məlumat

  • Şirkət işçilərinin təhlükəsiz və vaxtında təyinat məntəqəsinə çatdırılması.
  • Daşınan şəxslərin, sənədlərin, avadanlıqların və nəqliyyat vasitəsinin təhlükəsizliyinin təmin edilməsi.
  • Rəhbərlik tərəfindən verilən inzibati və logistika xarakterli tapşırıqların yerinə yetirilməsi.
  • Avtomobilin texniki baxışdan keçirilməsi və daim saz vəziyyətdə saxlanılması.
  • Nəqliyyat vasitəsinə aid sənədlərin (sığorta,texniki baxış,etibarnamə və s.) qüvvədə olmasına nəzarət edilməsi.
  • Avtomobildəki nasazlıqlara qarşı diqqətli olmaq və vaxtında aidiyyəti şəxslərə bildirmək.
  • Gündəlik marşrutların yol, hava şəraiti və digər risk faktorlarını nəzərə alaraq planlaşdırılması və yol hərəkəti qaydalarına riayət edilməsi.
  • Ezamiyyətlər və xidməti səfərlər zamanı verilmiş tapşırıqları operativ şəkildə yerinə yetirilməsi.
  • Səfərdən əvvəl və sonra avtomobilin vəziyyətinin yoxlanılması.
  • Şirkətin daxili qaydalarına, təhlükəsizlik tələblərinə və etik davranış prinsiplərinə əməl edilməsi.
  • Şirkət daxilində və ya xaricində olan tədbirlərdə iştirak üçün nəqliyyat təminatı.
  • Avtomobilin təmizliyinə, səliqəsinə və istismara yararlı vəziyyətdə saxlanılmasına daimi nəzarət.
  • Yanacaq xərclərinin və məsafə hesabatlarının düzgün aparılması.
  • Fövqəladə hallarda operativ və düzgün qərarları qəbul edərək lazımi tədbirlərin həyata keçirilməsi.

Tələblər

  • Yaş 30-45 arası;
  • Minimum orta təhsil;
  • Sürücülük vəsiqəsi (B kateqoriyası) və ən azı 5 il sürücülük təcrübəsi;
  • Bakı şəhəri və ətraf yolları yaxşı tanımaq;
  • Səliqəli xarici görünüş və etik davranış qaydalarına riayət;
  • Korporativ mühitə uyğunluq və ünsiyyət bacarıqları;
  • Təhlükəsiz və məsuliyyətli sürücülük vərdişləri;
  • Stresli vəziyyətlərdə dözümlülük və operativlik;
  • Yol hərəkət qaydalarını və təhlükəsiz idarəetmə prinsiplərini yaxşı bilmək;
  • Nizam-intizamlı, punktual və etibarlı olmaq.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.


Oxşar vakansiyalar