ATL Tech

“Dron mütəxəssisi – Vizual və termal inspeksiya üzrə mütəxəssis”

ATL Tech
Ə/h razılaşma ilə
551
Tam iş günü
Bakı, Azərbaycan
11/08/2026 - 25/08/2026

İş haqqında məlumat

“ATL Tech” olaraq müvafiq sahə üzrə təcrübə və sertifikatlara malik “Dron mütəxəssisi – Vizual və termal inspeksiya üzrə mütəxəssis” axtarışındayıq Namizədin əsas fəaliyyət istiqaməti dron vasitəsilə termovizual və vizual monitorinqin həyata keçirilməsi, dayaqlarda və digər texniki konstruksiyalarda mümkün qüsurların aşkarlanması, əldə edilmiş məlumatların təhlilindən ibarətdir.

Vəzifə öhdəlikləri:

  • Dronların uçuşlarının hazırlanması, planlaşdırılması və təhlükəsiz icrasını təmin etmək; 
  • Dayaqların, konstruksiyaların və avadanlıqların vizual və termovizual inspeksiyasını həyata keçirmək; 
  • Termal kamera vasitəsilə temperatur anomaliyalarını, həddindən artıq qızma sahələrini və digər potensial nasazlıqları müəyyən etmək; 
  • Foto, video və termal görüntüləri toplamaq, sistemləşdirmək və arxivləşdirmək; 
  • Aşkarlanmış qüsurların GPS koordinatlarını, yerini və texniki göstəricilərini qeyd etmək; 
  • Çatlar, deformasiya, korroziya, boşalmış və ya zədələnmiş elementlər, istilik anomaliyaları və digər vizual əlamətləri müəyyənləşdirmək;
  • Termal görüntülərin ilkin təhlilini aparmaq və şübhəli sahələri müəyyən etmək; 
  • Müəyyən edilmiş qüsurlar üzrə texniki hesabat hazırlamaq; 
  • Dron, kamera, termal sensor, batareya və digər avadanlıqların texniki sazlığını yoxlamaq;

Tələblər

  • PUA operatoru/pilotu üzrə tələb olunan sənədlərin və sertifikatların mövcudluğu zəruridir;
  • Ali və ya orta ixtisas təhsili – aviasiya, elektroenergetika, energetika, geodeziya, xəritəçəkmə, mühəndislik və ya əlaqəli sahə üzrə;
  • DJI Matrice 300 RTK, DJI Matrice 350 RTK dronlarının idarə edilməsi üzrə praktiki təcrübə;
  • Elektrik dayaqları və ya digər mühəndis infrastrukturu haqqında baza bilikləri üstünlükdür;
  • Termal/termovizual kameralarla işləmək bacarığı;
  • Çatların, korroziyanın, deformasiyanın, boşalmış və ya zədələnmiş komponentlərin, termal anomaliyaların və digər görünən qüsurların aşkar edilməsi üçün uyğun baxış bucağını və məsafəni müəyyən etmək bacarığı;
  • Baxış bucağının, məsafənin, günəş işığının, əksolunmaların və ətraf mühit şəraitinin vizual, həmçinin termal yoxlamaların nəticələrinə necə təsir göstərə biləcəyini müəyyən etmək bacarığı;
  • Foto/video məlumatların emalı bacarığı;
  • GPS/GIS sistemləri ilə işləmək bacarığı;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarınına dair biliklər;
  • Azərbaycan dilində texniki sənədləşmə bacarığı;

Qeyd: Vakansiya üzrə yalnız ilkin seçim mərhələsi üzrə uyğun görülən namizədlərlərin dəyərləndirilməsi həyata keçiriləcəkdir.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun