Bakı,
Azərbaycan
04.08.2025 10:10
-
04.09.2025 12:00
İş haqqında məlumat
Oftalmologiya sahəsi üzrə ixtisaslaşan özəl klinikaya E-həkim mütəxəssis vakansiyası üzrə iş imkanları təklif edirik.
- Onlayn platformalarda pasiyentlərə ilkin tibbi konsultasiya təqdim etmək(sayt, mobil tətbiq, sosial media, chatbot və s.);
- Onlayn pasiyent suallarına elmi əsaslara uyğun, ehtiyac halında alternativli cavab vermək;
- Müayinə və əməliyyat detalları barədə bilgi vermək;
- Bütün kanallar vasitəsi ilə daxil olan tibbi müraciətləri cavablandırmaq və sistemə düzgün şəkildə daxil etmək;
- Tibbi şikayətləri e-konsultasiya formatında qəbul etmək və əlavə araşdırma tələb etdiyi halda uyğun komandaya yönləndirmək;
- Tibbi məzmunun hazırlanmasında iştirak etmək;
- Pasiyentlərlə canlı sessiyalarda iştirak etmək(Instagram Live, Zoom və s.);
- Müştəri xidmətləri standartlarına uyğun xidmət göstərmək;
- Mövcud xidmətlərin inkişafı üçün təkliflər vermək.
Təklif edirik:
- Rəqabətli əmək haqqı;
- Gənc və peşəkar komanda;
- Karyera yüksəlişi imkanları;
- Korporativ təlim imkanları.
İş şəraiti:
- İş yeri: Batıgöz klinikası (Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 75A);
- İş qrafiki: 6 günlük ;
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq vəzifə və əmək haqqı kateqoriyası müəyyən olunacaq.
Müraciət etmək üçün vakansiya tələblərinə uyğun namizədlər mövzu yerində “E-həkim mütəxəssis” qeyd edərək Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına CV göndərə bilər.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.
Tələblər
- Ali təhsil (Tibbi, Sosial xidmət, Psixologiya və ya İdarəetmə sahəsi üstünlükdür);
- Xəstəxana və ya pasiyentlərlə iş sahəsində (VIP, sığorta, poliklinika və s.) minimum 2 il təcrübə;
- Azərbaycan, Rus və İngilis dillərində sərbəst ünsiyyət;
- MS Office proqramlarında yaxşı səviyyədə işləmə;
- Tibbi qeydiyyat və informasiya sistemlərində işləmə bacarığı;
- Tibbi terminologiyanı orta səviyyədə bilmək arzuolunandır;
- CRM və daxili proqram təminatlarında təcrübə – üstünlükdür;
- Yüksək ünsiyyət, analitik düşüncə, empatiya və nəzakətli davranış bacarığı;
- Səbirli, stressə davamlı, təşəbbüskar, nəticə yönümlü və etibarlı yanaşma;
- Komandada işləmə bacarığı;
- Növbəli iş rejimində işləmək imkanı.