Bakı,
Azərbaycan
14.10.2025 11:56
-
14.11.2025 12:00
İş haqqında məlumat
- Şöbənin işini səmərəli təşkil edir;
- İnfeksiyalara Nəzarət üzrə proqramda öhdəliyə qoyulan işləri həyata keçirir.;
- Şöbədən göndərilən təyinatları yoxlayaraq dərman vasitələrinin hazırlanması üçün tibb bacılarına təhvil verir;
- Tibb bacılarının təyinat üzrə hazırladıqları dərman vasitələrini daima nəzarətdə saxlayır və məsuliyyət daşıyır;
- Dərman vasitələrinin alışında, qəbulunda və yoxlanışında iştirak edir;
- Keçirilən treninqlərdə iştirak edir;
- Çox dozalı flakonlarda steril məhsullar və dərman preparatları hazırlayan personal üçün dərman preparatları və aseptik avadanlıqların hazırlanması prinsipləri əsasında treninq keçirir;
- Medikamentoz sorğuların və potensial sorğuların təhlilində iştirak edir;
- Dərman vasitələri ilə bağlı yeniliklərlə həkim və tibb bacılarını məlumatlandırır;
- Dərman vasitələrinin əlavə təsirləri ilə bağlı olan məlumatı toplayır və Formulyar Komissiyasının toplantısında komissiyanın sədrinə təqdim edir;
- Dərman preparatlarının təlimatlarına uyğun olaraq düzgün qaydasında qorunub saxlanmasına nəzarət edir;
- Güclü təsiredici maddələrin, narkotik vasitələrin və konsentrasiyalı elektrolitlərin təyinat qaydalarına riayət edir və müvafiq sənədlər tərtib edir;
- Ayrılan vəsaitin rasional istifadəsi məqsədilə dərman vasitələrinin istifadəsinin kliniki-ekonomik təhlilini təşkil edir və keçirir (həmçinin ABC/VEN təhlili);
- Bölmələrdə dərman vasitələrinin rasional istifadəsini təhlil edir;
- Dərman terapiyasında tibbi yardımın standartlarını tətbiq edir;
- Dərman formulyar siyahısının tərtib olunmasında iştirak edir;
- Klinik standartlara dair proqramların həyata keçirilməsində iştirak edir (GCP tələblərinə müvafiq olaraq), proqramın həyata keçirilməsinə nəzarət edir və nəticələri qiymətləndirir;
- Antimikrob vasitələrin idarəedilməsi proqramında iştirak edir;
- Etik davranış qaydalarına riayət olunmasına nəzarət edir. Pasiyentlərə göstərilən xidmətin keyfiyyətinə nəzarət edir;
- İş həcmini və işini müstəqil saxlayır. Komandada işləməyi bacarır;
- Beynəlxalq standartlara riayət edir;
- Mütəmadi olaraq tibbi yoxlamalardan keçir;
- Şöbənin sanitar-epidemioloji rejiminə riayət olunmasına nəzarət edir və xəstəxana daxili infeksiyalara qarşı tədbirlər görür;
- Hər hansı hadisə zamanı Baş Həkimi və Keyfiyyətə Nəzarət şöbəsini məlumatlandırmaq və insident kartını doldurur;
- Hər hansı hadisə zamanı Baş Hakimi və Keyfiyyətə nəzarət şöbəsini məlumatlandırmaq və insident kartını doldurur;
- Xəstəxanada fəaliyyətin keyfiyyətinin monitorinqi və yaxşılaşdırılması proseslərində iştirak etmək.
İş şəraiti:
- Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək, namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq;
- İş rejimi həftənin 6 günü (09:00 – 17:00), Şənbə günü qısa iş günü;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
Maraqlanan namizədlər cv-ləri “Əczaçı” başlığı altında Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Ali və ya orta-ixtisas təhsil;
- 3 il iş təcrübəsi;
- Səlis və aydın nitq qabiliyyəti;
- Azərbaycan və Rus və ya Azərbaycan və İngilis dillərində sərbəst danışmaq bacarığı;
- Ünsiyyət və komandada işləmək bacarığı;
- MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və operativlik;
- Problem həll etmə bacarığı;
- İşində məsuliyyətli, səliqəli və dəqiq olmaq.