R

Ehtiyat hissələri üzrə assistent (Tikinti texnikası)

Ramma
Ə/h razılaşma ilə
526
Tam iş günü
Bakı, Azərbaycan
30/04/2026 - 14/05/2026

İş haqqında məlumat

  • Tikinti texnikaları üzrə ehtiyat hissələrinin düzgün seçilməsi və uyğunluğunun yoxlanılması
  • Texniki kataloqlar və part nömrələri ilə işləmə
  • Təchizatçılarla əlaqə, qiymətlərin müqayisəsi və sifarişlərin təşkili
  • Sifarişlərin icrasına və çatdırılma müddətinə nəzarət
  • Anbar qalığının izlənilməsi və inventarizasiyada iştirak
  • Müştəri sorğularının cavablandırılması və müvafiq təkliflərin verilməsi
  • Sənədlərin hazırlanması və ERP sistemində məlumatların düzgün daxil edilməsi
  • Logistika və daşınma proseslərinin koordinasiyası

Nə təklif edirik:

  • Karyera inkişafı və öyrənmə imkanları
  • Rəqabətli əmək haqqı
  • Stabil iş mühiti və peşəkar komanda

İş şərtləri:

  • İş qrafiki: 6 gün
  • İş yeri: Lökbatan dairəsi yaxınlığı

Tələblər

  • Texniki və ya logistika sahəsində ali təhsil (üstünlükdür)
  • Tikinti texnikası və ehtiyat hissələri üzrə baza biliklər
  • Azı 1 il müvafiq iş təcrübəsi üstünlükdür
  • MS Office (xüsusilə Excel) proqramlarından istifadə bacarıqları
  • Azərbaycan dili səlis, rus və ya ingilis dili biliyi üstünlükdür
  • Diqqətli, məsuliyyətli, analitik düşüncəli

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.