Bakı,
Azərbaycan
16/06/2026
-
30/06/2026
İş haqqında məlumat
- Forklift, tikinti texnikaları və yükqaldırma avadanlıqları üçün ehtiyat hissələrinin qəbulunu və uçotunu aparmaq;
- Anbara daxil olan məhsulların sənədlərə uyğunluğunu yoxlamaq;
- Ehtiyat hissələrinin düzgün yerləşdirilməsini və saxlanmasını təmin etmək;
- Servis şöbəsindən daxil olan sifarişlərin vaxtında hazırlanmasını təşkil etmək;
- Satış şöbəsi ilə koordinasiyalı işləyərək ehtiyat hissələrinin operativ təqdim edilməsini təmin etmək;
- Stok qalıqlarına gündəlik nəzarət etmək;
- Minimum ehtiyat səviyyələrini izləmək və çatışmazlıqlar barədə rəhbərliyə məlumat vermək;
- İnventarizasiya proseslərini təşkil etmək və nəticələrini hesabatlaşdırmaq;
- Mikro sistemində anbar əməliyyatlarını həyata keçirmək;
- Ehtiyat hissələri üzrə aylıq hesabatlar hazırlamaq;
Təklif olunur
- 1200 – 1800 AZN NET əmək haqqı;
- Peşəkar inkişaf imkanları;
- Yemək şirkət tərfindən təmin olunur.
- İş saatları: Həftə içi 09:30-17:30
- Şənbə günü 10:00-16:00
Tələblər
- Bəy namizədlər
- Ehtiyat hissələri və ya texniki anbar sahəsində minimum 3 il iş təcrübəsi;
- Tikinti texnikaları, forkliftlər və ya sənaye avadanlıqları üzrə ehtiyat hissələri haqqında anlayış;
- Mikro ilə işləmək bacarığı;
- MS Excel proqramında sərbəst işləmək bacarığı;
- Komandada işləmək və iş planlaması bacarığı;
- Rus dili və İngilis dili biliyi üstünlükdür.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun