Azerbaijan SuperMarket

Ehtiyatların planlaması üzrə kiçik mütəxəssis

Azerbaijan SuperMarket
Ə/h razılaşma ilə
3301
Tam iş günü
Bakı, Azərbaycan
06/01/2026 - 20/01/2026

İş haqqında məlumat

  • Bütün lazımi məlumatlara uyğun olaraq təchizatçılara düzgün manual və ya avtomatik sifarişlər vermək.
  • Çatdırılmaların tezliyinə nəzarət etmək və hər hansı problem yarandıqda Kommersiyaya və birbaşa rəhbərinə məlumat vermək.
  • Mağazalarda və  Paylama Mərkəzində  artıq ehtiyatların olması və ya ehtiyat çatışmazlığının olmasının qarşısını almaq 
  • Promo sifarişlərini idarə etmək
  • Hər mağaza və ya depo üçün əsas təchizatçı, Lv variant məlumatlarına nəzarət etmək
  • Bir məhsul üçün iki əsas təchizatçı ilə qarşılaşdıqda, kommersiyaya məlumat vermək.
  • Hər bir mağaza və ya depo üçün sistemdə manual və ya avtomatik sifarişlər üçün vaxt cədvəlini yeniləmək
  • Bütün sifariş çeşidlərinin avtomatik doldurulma prosesi və manual sifariş üçün aktiv olmasını təmin etmək
  • Yeni açılan mağazalara dəstək olmaq
  • Hərəkəti zəif məhsulların analizi aparmaq və tədbir planı üçün məlumat hazırlamaq.
  • Məhsulların vaxtı keçmə risklərini izləmək və birbaşa rəhbərinə xəbər vermək.

Tələblər

  • Təcrübə: Təchizat zənciri, inventar planlaşdırılması, satınalma və ya oxşar sahələrdə əvvəlki iş təcrübəsi üstünlükdür.
  • Texniki Bacarıqlar: Sifariş idarəetmə sistemləri və Microsoft Excel proqramında yüksək səviyyədə bilik; avtomatlaşdırılmış sifariş alətləri ilə tanışlıq üstünlük sayılır.
  • Analitik Bacarıqlar: Stok çatışmazlığı və artıq stok vəziyyətlərinin qarşısını almaq üçün məlumatların təhlilində güclü bacarıq.
  • Ünsiyyət: Təchizatçılar, kommersiya komandası və digər daxili tərəflərlə effektiv ünsiyyət qurmaq bacarığı.
  • Problemləri Həll Etmək: Çatdırılma və ya təchizatla bağlı problemləri müəyyən etmək və onları aidiyyəti üzrə eskalasiya etmək bacarığı.
  • Təşkilati Bacarıqlar: Mağazalar və Paylama Mərkəzi də daxil olmaqla, bir neçə lokasiya üzrə sifarişləri, cədvəlləri və təchizatçı məlumatlarını idarə etmək bacarığı.
  • Diqqətlilik: Məhsul məlumatlarının, təchizatçı məlumatlarının və sifariş cədvəllərinin dəqiq şəkildə idarə olunması.
  • Elastiklik: Yeni açılan mağazalarda quraşdırma və sifariş proseslərində kömək etməyə hazırlıq.
  • Komanda ilə İş: Avtomatik sifariş və satınalma komandalarına dəstək göstərmək üçün əməkdaşlığa açıq yanaşma.
  • MS Office: Excel proqramında yüksək bilik və riyazi məntiqə malik olmaq

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.