Bakı,
Azərbaycan
11/09/2026
-
25/09/2026
İş haqqında məlumat
- Daxil olan zəngləri və sorğuları standartlara uyğun operativ şəkildə cavablandırmaq;
- Şirkətin məhsul çeşidləri, qiymətləri, cari kampaniyaları, xidmətləri və satış şərtləri haqqında müştərilərə dəqiq və ətraflı məlumat vermək;
- Daxil olan sorğu, təklif və şikayətləri daxili CRM proqramlarında dəqiq və vaxtında qeydiyyata almaq;
- Müraciətləri müvafiq struktur bölmələrinə düzgün yönləndirmək və icra prosesini izləmək;
- Lazımi hallarda müştərilərlə əks-əlaqə (geri dönüş zəngləri) yaratmaq və məsələnin həllini yekunlaşdırmaq;
- Müştəri narazılıqları zamanı ilkin dəstəyi göstərmək, gərginliyi idarə etmək və həll yönümlü yanaşma nümayiş etdirmək;
- Ehtiyac yarandıqda rəqəmsal ünsiyyət kanallarında (sosial media platformaları, onlayn çatlar) müştəri müraciətlərini və şərhləri korporativ üslubda, operativ şəkildə cavablandırmaq;
Tələblər
- Tam orta və ya orta-ixtisas təhsili (Ali təhsil arzuolunandır);
- Azərbaycan və Rus dillərində səlis şifahi və yazılı ünsiyyət bacarığı (ingilis dili biliyi arzuolunandır);
- MS Office proqramları ilə işləmək bacarığı;
- Düzgün nitq və aydın diksiya;
- Komandada effektiv işləmək və öyrənməyə yüksək həvəs.