GoldenPay

Əlaqə mərkəzi üzrə təcrübəçi

GoldenPay
Ə/h razılaşma ilə
901
Təcrübə
Bakı, Azərbaycan
31.10.2025 02:17 - 30.11.2025 12:00

İş haqqında məlumat

  • İş rejimi tələbələrin dərs qrafikinə uyğunlaşdırılacaq; 
  • Təcrübə müqaviləsi hər ay yenilənəcək, və müddəti minimum 3 ay nəzərdə tutulub;  
  • Müvafiq vakansiya yarandığı təqdirdə özünü peşəkar göstərən təcrübəçilərə tam ştat iş təklif ediləcək.    
  • Müraciət edən abunəçilərə səmərəli və dəqiq cavab vermək, mümkün həll yollarını izah etmək və müştərinin dəyərli olduğunu hiss etməsini təmin etmək; 
  • Kanalda daxil olan bütün müştəri sorğuları ilə işləmək, müştəriləri lazımi qaydada məlumatlandırmaq və bütün müştəri sorğularını üzrə yüksək keyfiyyətli xidmət göstərmək;
  • Müştərinin müraciətlərini effektiv və vaxtında həllini təmin etmək üçün daxil olan/çıxan zəngləri idarə etmək; 
  • Müştəri ilə müsbət etibarlı münasibət qurmaq və saxlamaq üçün əlavə səy göstərmək. 

İş qrafiki: Növbəli 

Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

Tələblər

  • Təhsil: Orta/Ali; 
  • İş təcrübəsi: tələb olunmur;  
  • Azərbaycan dili: səlis (yazı və danışıq), Rus, İngilis dili arzuolunandır; 
  • MS Office (Excel, Word) proqramları üzrə orta səviyyədə bilik arzuolunandır;  
  • Müştəri yönümlülük; 
  • Analitik təhlil etmə qabiliyyəti; 
  • Kollektivdə işləmək bacarığı.