GoldenPay

Əlaqə mərkəzi üzrə təmsilçi

GoldenPay
Ə/h razılaşma ilə
2935
Növbəli iş
Bakı, Azərbaycan
17.09.2025 04:58 - 17.10.2025 12:00

İş haqqında məlumat

  • Müraciət edən abunəçilərə səmərəli və dəqiq cavab vermək, mümkün həll yollarını izah etmək və müştərinin dəyərli olduğunu hiss etməsini təmin etmək; 
  • Kanalda daxil olan bütün müştəri sorğuları ilə işləmək, müştəriləri lazımi qaydada məlumatlandırmaq və bütün müştəri sorğularını üzrə yüksək keyfiyyətli xidmət göstərmək;
  • Müraciətin səbəblərini və şikayətləri lazımi qaydada qeyd etmək; 
  • Müştərinin müraciətlərini effektiv və vaxtında həllini təmin etmək üçün daxil olan/çıxan zəngləri idarə etmək; 
  • Müştəri ilə müsbət etibarlı münasibət qurmaq və saxlamaq üçün əlavə səy göstərmək. 

İş qrafiki: Növbəli 

Müraciət etmək üçün, CV-nizi Müraciət Et düyməsində göstərilən e-mail adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

Tələblər

  • Təhsil: Orta/Ali; 
  • İş təcrübəsi: tələb olunmur;  
  • Azərbaycan dili: səlis (yazı və danışıq), Rus dili – orta və üzəri səviyyədə (danışıq), İngilis dili arzuolunandır; 
  • MS Office (Excel, Word) proqramları üzrə orta səviyyədə bilik;  
  • Müştəri yönümlülük; 
  • Analitik təhlil etmə qabiliyyəti; 
  • Kollektivdə işləmək bacarığı.