Bakı,
Azərbaycan
07.10.2025 10:37
-
07.11.2025 12:00
İş haqqında məlumat
- Şirkətin istehsal sahələrində istifadə olunan avadanlıqların texniki vəziyyətinin mütəmadi yoxlanmasında iştirak etmək və nasazlıqları aradan qaldırmaq;
- Şirkətin daxili transformator yarımstansiyalarına və paylayıcı qurğu avadanlıqlarına texniki xidmət göstərmək;
- Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün icrasını həyata keçirmək;
- İstismarda olan avadanlıqların elektrikli ehtiyat hissələrinin yoxlanılması, yaranan problemlər barəsində sex rəisinə məlumat verilməsi və yaranan problemi qısa zamanda həll etmək;
- Elektrik enerji mənbəyi olan qurğuların istismarı və onlara vaxtaşırı qulluq etmək;
- Elektrik quraşdırma işlərini icra etmək;
- Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
- Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
- Elektrik avadanlıqlarına mütəmadi qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini icra etmək,
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək,
- Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən müsahibə zamanı müəyyən ediləcəkdir.
İş şəraiti
- İş yeri: Ünvan: Abşeron rayonu Əliağa Vahid 1B
- 6 günlük iş həftəsi
- Nahar fasiləsi: 13:00-14:00,
- Nahar müəssisə tərəfindən təmin edilir.
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Elektrik” qeyd etməklə, qeyd olunan elekton poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Ali və ya orta ixtisas təhsili (elektroenergetika üzrə);
- Müvafiq ixtisas üzrə 3 il iş təcrübəsi;
- Elektrik avadanlıqları haqqında nəzəri və praktik biliklərinin olması;
- Avtomatik idarəetmə sistemlərini bilməli;
- Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı;
- Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, maqnit işəburaxıcı, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması;
- Normativ və Texniki sənədlərlə işləmək bacarığı.
Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti;
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı.