Tamstore

Elektrik

Tamstore
Ə/h razılaşma ilə
3319
Tam iş günü
Bakı, Azərbaycan
03/02/2026 - 17/02/2026

İş haqqında məlumat

  • Elektrik kabellərinin və işıqlandırma sistemlərinin quraşdırılması;
  • İşıqlandırmanı təmin etmək üçün daxili və xarici işıqlandırma qurğularının saxlanılması və təmiri (Requlyator,Generator,UPS);
  • Elektrik problemlərinin və nasazlıqların diaqnoz etmək üçün testlərin keçirilməsi;
  • Bütün sistemlərin fasiləsiz işləməsini təmin etmək üçün nasaz kabellərin, dövrlərin və elektrik komponentlərinin təmiri;
  • Xüsusilə elektrik kəsilməsi və avadanlıq nasazlığı hallarında təcili təmir işlərinin görülməsi;
  • Elektrik təchizatını izləmək və təmir işlərinin gecikmədən həyata keçirilməsini təmin etmək ücün lazım olan hissələrin sifariş edilməsi.

İş şərtlərimiz:

  • İş qrafiki: 6 günlük;
  • İş yeri: Ərazi.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə.

Tələblər

  • Elektrik avadanlıqlarının quraşdırılması, təmiri və texniki xidmət bacarığı;
  • Elektrik sxemlərini oxumaq və tətbiq etmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və komanda ilə işləmə bacarığı.

Təhsil, iş təcrübəsi və digər tələblər:

  • Elektrik sahəsində diplomun və ya müvafiq sertifikatın olması;
  • Sahə üzrə minimum 2 il təcrübə;
  • Şəxsi nəqliyyat vasitəsinin olması;
  • Mağazalar şəbəkəsində iş təcrübəsinin olması üstünlükdür.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.


Oxşar vakansiyalar