Bakı,
Azərbaycan
03/08/2026
-
03/09/2026
İş haqqında məlumat
- Elektrik və zəif axın sistemləri üzrə montaj işlərinin yerinə yetirilməsi;
- Kabel çəkilişi, kabel kanalı (tray), boru və montaj aksesuarlarının quraşdırılması;
- Elektrik panolarının, rozetka, açar və işıqlandırma avadanlıqlarının quraşdırılması;
- CCTV, yanğın siqnalizasiya, girişə nəzarət və digər zəif axın sistemlərinin montajında iştirak;
- Elektrik alətləri (drel, laqonda (UŞM), perforator və s.) ilə sərbəst işləmək;
- Obyektdə verilən texniki tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək.
Əlavə məlumat:
- İş yeri: Azin Technology
- İş yeri ünvanı: Binəqədi rayonu, Pasyolka Kirov
- Əmək haqqı: 700
Tələblər
- Yaş həddi: 20 – 35 yaş
- Elektrik və ya əlaqəli sahə üzrə minimum 1–2 il iş təcrübəsi;
- Drel, laqonda (UŞM), perforator və digər əl alətləri ilə işləmə bacarığı;
- Kabel çəkilişi, kabel traylarının quraşdırılması və elektrik montaj işləri üzrə praktiki bilik;
- Elektrik sxemlərini oxumaq bacarığı üstünlükdür;
- Məsuliyyətli, intizamlı və komandada işləmə bacarığı;
- Ezamiyyətlərdə işləməyə hazır olmalıdır.
Müraciət qaydası:
CV-lərinizi “Mövzu” hissəsində ”Elektrik” qeyd etməklə aşağıdakı e-mail ünvanına göndərməyiniz xahiş olunur:
CV-si olmayan namizədlər özləri haqqında qısa məlumatı yazılı şəkildə 994 70 329 20 64 nömrəsinə göndərə bilərlər.
Xahiş edirik, zəng etməyin.