Bakı,
Azərbaycan
27/08/2026
-
10/09/2026
İş haqqında məlumat
- Xidmət göstərilən elektrik qurğularının və elektrik avadanlıqlarının saz vəziyyətdə saxlanılmasını təmin etmək;
- Zavodun elektrik şəbəkəsinin düzgün və təhlükəsiz istismarını təmin etmək;
- Qüvvədə olan texniki şərtlərə, standartlara və normalara uyğun olaraq təmir işlərini həyata keçirmək;
- Növbə ərzində elektrik qurğuları və avadanlıqlarında yaranan nasazlıqları operativ şəkildə müəyyən etmək və aradan qaldırmaq;
- Elektrik avadanlıqlarının təmir, montaj və tənzimləmə işlərini həyata keçirmək;
- Zavod ərazisini növbə ərzində mütəmadi olaraq yoxlamaq və qarşıya çıxan elektrik problemlərini (avtomatların qoşulması və ayrılması, işıqlandırma sistemləri və s.) aradan qaldırmaq;
- Növbə ərzində aradan qaldırılmış nasazlıqlar barədə qəza bildirişini hazırlayaraq növbə rəhbərinə təqdim etmək;
- Gündəlik və aylıq təmir planlarına uyğun olaraq elektrik sistemlərində təmir, sazlama və təmizlik işlərini həyata keçirmək;
- İllik texniki təmir planına uyğun olaraq elektrik sistemlərinin texniki baxış, təmir və sazlama işlərini yerinə yetirmək;
- Elektrik avadanlıqlarının fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin olunmasında iştirak etmək.
Tələblər
- Ali texniki təhsil (elektrik/elektrotexnika və ya aidiyyəti sahə üzrə);
- Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi;
- Elektrik avadanlıqları və sənaye elektrik sistemləri üzrə praktiki biliklər;
- Kompüter bilikləri;
- Texniki sənədlərlə işləmək bacarığı;
- Məsuliyyətli, diqqətli və dəqiq olmaq;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək;
- Komandada işləmək bacarığı.
İş şəraiti
- Nahar şirkət tərəfindən təmin olunur;
- Nəqliyyat servisi şirkət tərəfindən təmin olunur;
- İş yeri: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Salyan şossesi, 47-ci km;
- Çoxnövbəli iş qrafiki;
- Əmək haqqı: 800–900 AZN.