hrin.az
Hajigabul Poultry Farm Company

Elektrik

Hajigabul Poultry Farm Company

Əmək haqqı: Razılaşma

30120 oktyabr 2026
Təcrübə1 ilə qədər
İş qrafikiTam iş günü
Şəhərİmişli
CinsKişi
Yaş23+
Kompüter bilikləriYoxdur
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

İş yeri: İmişli şəhər

Vəzifə öhdəlikləri

  • Quşçuluq fabrikinin elektrik sistemlərinin, elektrik şitlərinin və idarəetmə panellərinin montajını, texniki xidmətini və təmirini həyata keçirmək;
  • Müşahidə kameralarının montajını, işlək vəziyyətinə nəzarəti və nasazlıq yarandıqda təmirini təmin etmək;
  • Soyuducu sistemlərinin montajı, texniki xidməti və təmirini həyata keçirmək;
  • Havalandırma və istilik sistemlərinin quraşdırılmasını, sazlanmasını və təmirini yerinə yetirmək;
  • Su nasosları və su təchizatı sistemlərinin elektrik hissələrinin montajını, yoxlanılmasını və təmirini həyata keçirmək;
  • Yem sexinin texnoloji avadanlıqlarının elektrik sistemlərinin montajını, texniki xidmətini və nasazlıqlarının aradan qaldırılmasını təmin etmək;
  • Kəsim sexinin avadanlıqlarının elektrik sistemlərinə texniki xidmət göstərmək, montaj və təmir işlərini həyata keçirmək;
  • Generatorların quraşdırılması, texniki vəziyyətinin yoxlanılması və təmirini təmin etmək;
  • Elektrik mühərriklərini, kabelləri, qoruyucu qurğuları və digər elektrik avadanlıqlarını yoxlamaq, nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
  • Fabrikin digər istehsalat və təsərrüfat sahələrində istifadə olunan elektrik və texniki avadanlıqların quraşdırılması, istismarı və təmiri işlərini yerinə yetirmək;
  • Avadanlıqlarda yarana biləcək nasazlıqların qarşısını almaq məqsədilə profilaktik baxış və texniki xidmət işləri aparmaq;
  • Elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və müəssisədaxili texniki təhlükəsizlik qaydalarına riayət etmək.

Tələblər

  • Yaş həddi: 25–50 yaş;
  • Elektrik və ya elektrotexniki sahə üzrə peşə təhsili və ya müvafiq ixtisas biliyi;
  • Elektrik sistemlərinin montajı, texniki xidməti və təmiri üzrə iş təcrübəsi;
  • Elektrik şitləri, idarəetmə panelləri, elektrik mühərrikləri və üçfazalı elektrik sistemləri ilə işləmək bacarığı;
  • Soyuducu, havalandırma, istilik və su nasosları sistemlərinin elektrik hissələrini anlamaq və nasazlıqlarını müəyyən etmək bacarığı;
  • Generatorlar, istehsalat avadanlıqları və elektrik qoruyucu qurğuları üzrə praktiki biliklər;
  • Ölçü cihazlarından, o cümlədən multimetrlə işləmək və elektrik nasazlıqlarını müəyyən etmək bacarığı;
  • Texniki sxemləri oxumaq və elektrik avadanlıqlarının iş prinsipini anlamaq;
  • Nasazlıqları operativ müəyyən etmək, düzgün həll yolu seçmək və məsuliyyətli işləmək bacarığı;
  • Elektrik təhlükəsizliyi qaydalarını bilmək və onlara ciddi riayət etmək;
  • Komandada işləmək, intizamlı olmaq və verilən tapşırıqları vaxtında yerinə yetirmək.